Qarabağ mövzusu bitdi: Paşinyan etiraf etdi ki.... - Şok fakt


Ermənistanın baş naziri Nikol Paşinyanın "Madrid prinsipləri"nə istinad etməsi təsadüfi deyil. Fakt odur ki, "Madrid prinsipləri" ilə Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb. Paşinyan da bunun Robert Köçəryan tərəfindən qəbul edildiyini bildirir. Eyni zamanda o bu gedişi ilə məsuliyyəti Köçəryanla Sərkisyanın üzərinə atmağa çalışır. Əslində Paşinyan da yaxşı bilir ki, Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bu baxımdan o bu reallığın özündən əvvəlki hakimiyyət tərəfindən qəbul edildiyi görüntüsü yaradır.

Sozcu.info xəbər verir ki, bunu "Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov deyib.

Ekspert hesab edir ki, Azərbaycanla Ermənistan arasında aparılan bütan danışıqlarda Qarabağ Azərbaycanın tərkib hissəsi kimi tanınıb:

“Bu tək "Madrid prinsipləri"ndə deyil, 1997-ci ildən başlayan təkliflərdə də öz əksini tapıb. Məhz o dövrdə də Qarabağa bütün qaçqın və məcburi köçkünlər qayıtdıqdan sonra referendum olacağından söhbət gedirdi”.

Zaur Məmmədova görə, hazırda Azərbaycanla Ermənistan arasında mümkün sülh prosesinin uzanmasında günahkar Paşinyanın özüdür:

“Onun regionla bağlı geosiyası ambissiyaları var. Eyni zamanda o qısa zamanda Rusiyanı Ermənistandan çıxmasına nail olmağa çalışır. Bunun fonunda Ukraynadakı müharibənin nəticəsini gözləyir. Ona görə də, Paşinyan mümkün qədər vaxtın uzanması ilə məşğuldur. Faktiki sülh danışıqlarında Azərbaycan-Ermənistan münasibətləri müzakirə edilir. Burada Qarabağla bağlı heç bir müzakirə aparılımır. Qarabağ məsələsi Azərbaycanın daxili işi olduğu qəbul edilib. Rəsmi Bakı isə yerli ermənilərə inteqrasiya üçün təkliflər edir”.

Teleqraf



Oxşar Xəbərlər

Xəbər lenti