Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Prezident İlham Əliyev Avropa İttifaqının Ermənistanda yerləşən müşahidə missiyasının Qazaxın işğal altında qalan kəndlərinə – anklavlara səfər etməsini, oradakı vəziyyəti öyrənməsini istəyib.Sozcu.info xəbər verir ki, bu məlumat “blankspot” saytının Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının rəhbəri Markus Ritterlə apardığı müsahibə zamanı ortaya çıxıb.Müsahibə martın 23-də alınıb, sayt isə Azərbaycan-Ermənistan münasibətlərinə və Qarabağa həsr olunmuş məqaləni 13 apreldə dərc edib. Ermənistanın mövqeyinin müdafiə olunduğu məqalədə İlham Əliyevin Aİ-dən anklavlarla bağlı istəyinə dair məqam diqqət çəkir.M.Ritter deyir ki, sərhəd bölgəsində patrul aparmaqla bağlı planları haqda bir həftə öncə Bakıya məlumat verirlər.“Bu məlumatlar Aİ-nin region üzrə xüsusi nümayəndəsi Toivo Klaar vasitəsilə ötürülür. Məqsəd anlaşılmazlığın və xoşagəlməz hadisələrin qarşısını almaqdır. Bizim Azərbaycanla ünsiyyətimiz bu cür qurulur”, - missiyanın rəhbəri deyib.Missiya ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrə gəlincə, M.Ritter indiyə qədər bir nümunənin olduğunu bildirib: “Bir neçə həftə əvvəl Prezident İlham Əliyev Toivo Klaar vasitəsilə missiyanın Ermənistanın şimalındaklı Azərbaycan anklavlarına səfər etməsi xahişini çatdırıb”.Sayt Toivo Klaarla da danışıb. Aİ-nin region üzrə nümayəndəsi bildirib ki, bu kəndlər delimitasiya-demarkasiya prosesinin bir hissəsidir.“Esklavlar hər iki tərəflə müzakirə olunub və onların sərhəd danışıqlarında potensial problemə çevrilə biləcəyi üçün missiyanın oraya səfəri vacib hesab olunub”, - Klaar qeyd edib.Qeyd edək ki, Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi hələ də erməni işğalında qalır. Rəsmi Bakı 8 kəndin sərhədin delimitasiyası çərçivəsində qaytarılması tələbində israrlıdır.