Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Sozcu.info xəbər verir ki, Avropa İttifaqının Xarici Siyasət Xidmətinin rəsmi təmsilçisi Peter Stano “Trend” agentliyinə müsahibəsində Aİ-nin sanskiya tətbiq edilmiş məhsulların Ermənistandan Rusiyaya tədarükü məsələsini araşdırdığını bildirib.
Stano deyib: “Aİ Ukraynaya təcavüz etdiyinə, BMT-nin Nizamnaməsini pozduğuna və hərbi cinayət hesab edilən vəhşiliklər törətdiyinə görə Rusiyaya qarşı bir sıra irimiqyaslı sanksiyalar tətbiq edib. Aİ bütün ölkələri bu sanksiyalara qoşulmağa, milli səviyyədə analoji tədbirlər görməyə, ən azından bu sanksiyalardan yan keçməməyə çağırıb. Aİ-nin əvvəlki sanksiya paketi sanksiyalardan yan keçməyə imkan yaradan fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar tərbiq edilməsi imkanlarını da nəzərdə tutur”.
“Ermənistan konteksində biz həqiqətən də bəzi anomal ticarət axınları müşahidə etmişik. Bu məsələni araşdırırıq və Ermənistan hakimiyyəti ilə dialoq aparırıq”.
Xəbər verdiyimiz kimi, dünən “Nyu-York Tayms” nəşri Rusiyanın Ermənistan və bir sıra ölkələr vasitəsi ilə Qərbdən silahlar üçün mikrosxemlər aldığını bildirmişdi.