Kremldən Laçın yolundakı vəziyyətə REAKSİYA


“Vəziyyət doğrudan da ağırdır, əlavə səylər tələb edir”.

Sozcu.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Kreml sözçüsü Laçın yolundakı vəziyyəti şərh etmək xahişi ilə müraciət edən media mənsublarına belə cavab verib: “Rusiya vasitəçilik səylərini davam etdirir və əsasən əvvəllər imzalanmış üçtərəfli sənədlərin bütün müddəalarını yerinə yetirir. Rusiya İrəvan və Bakı ilə birlikdə bunun üzərində işləməyə davam edəcək”.

Peskov qeyd edib ki, Ermənistan və Azərbaycan tərəfi ilə təmaslar davam edir, vəziyyət “adı çəkilən ölkələrin qeyd olunan sazişlərin həyata keçirilməsinə alternativ olmadığını başa düşməsini tələb edir”.

Musavat.com





Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}