Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Azərbaycan dinlərin və mədəniyyətlərin qovuşduğu tarixi məkan kimi bəşəri dəyərlərin zənginləşdirilməsi, beynəlxalq və regional sülhün bərqərar olması üzrə olduqca əhəmiyyət kəsb edən özünəməxsus multikulturalizm, tolerantlıq və dövlət-din münasibətləri formalaşdıran ölkə kimi tanınmaqdadır. Azərbaycan bir ölkə kimi hər zaman sabitliyi sevmiş, qonşu ölkələrlə sülh şəraitində yaşamağa çalışmışdır. Lakin qəsbkar Ermənistan daim Azərbaycan torpaqlarına göz dikmiş, soyqırım, qətliamlar törətmişdir. Ermənistan Qafqazda sabitliyi, qonşuluğu, dostluğu yoldaşlığı pozmağa çalışmışdır və günü bu günə qədər də məkrli, çirkin siyasətini həyata keçirməyə davam edir. Prezident İlham Əliyev aprelin 18-də Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibəsində Ermənistanın qəsbkarlığından danışıb. “Dünyada təhdidlər artır, təhlükələr artır. Düzdür, biz İkinci Qarabağ müharibəsində düşmənin başını əzərək möhtəşəm Qələbə əldə etmişik. Ancaq Ermənistanda revanşist qüvvələr yenə baş qaldırır, biz istənilən vəziyyətə hazır olmalıyıq və elə bir ordu yaratmalıyıq ki, dünya miqyasında nümunəvi olsun və ən güclü ordulardan biri olsun. Bu gün də Azərbaycan Ordusu güclüdür”, - deyə dövlət başçısı vurğulayıb.Bu gün də Azərbaycan Ordusu güclüdür. Biz gücümüzü döyüş meydanında göstərmişik. Biz döyüş meydanında həm Azərbaycan xalqının gücünü, iradəsini, əyilməz ruhunu göstərdik, eyni zamanda, hərbçilərimizin peşəkarlığını və hərbi potensialımızı göstərdik. "Ordun varsa, yurdun var!, Ordun yoxsa, yurdun yox!” - deyimlərini xatırlayaq. Doğrudan da, nizami ordu, mərd və qorxmaz oğullarımız olmasa, Vətəni nə qorumaq, nə də yaşatmaq olar. Bu gün hər bir Azərbaycan vətəndaşının qürur duyduğu Şanlı Azərbaycan Ordusu var. Bu ordunun sıralarında cəsur, qorxmaz, ürəkləri Vətən sevgisi ilə alovlanan oğullar xidmət edir.Azərbaycan gəncliyinin inkişafı istiqamətində ardıcıl və məqsədyönlü şəkildə aparılan tədbirlər nəticəsində vətənpərvər, milli dəyərlərə və tarixi-mədəni irsə bağlı gənc nəsil formalaşıb. Vətən yükünü, qeyrətini öz çiyinlərində daşıya bilən ləyaqətli gənclərimiz Şanlı Ordumuzda xidmət üçün sıraya düzülüb. Nə qədər müasir silahlanmaya malik olsa belə, ordunun əsas gücü onun şəxsi heyətinin döyüş ruhu və mənəvi-psixoloji hazırlığı ilə ölçülür. 44 günlük Vətən Müharibəsi başa çatsa da ordumuzun döyüş imkanları günü-gündən artır. Ermənistan dövləti ilə sərhəd hissə daim ordumuz tərəfindən qorunur. Dəfələrlə erməni təxribatının qarşısı alınıb. Ermənistan unutmamalıdır ki, Azərbaycanın güclü ordusu var və bu ordunun dəmir yumruğu daim onların başı üstündədir.
Güllər Məmmədli
Suraxanı rayonu, 118 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini
Sozcu.info