Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Sozcu.info “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Ankara aprelin 25-də, İrəvanda “Nemezida” terror əməliyyatına həsr edilmiş abidənin açılışını qətiyyətlə pisləyib.
Ermənistandakı abidə 1920-ci illərdə fəaliyyət göstərən erməni terrorçularına həsr edilib. Həmin terrorçular Osmanlı imperiyasının bir sıra siyasi və hərbi xadimlərini və Azərbaycan Demokratik Respublikasının dövlət xadimlərini qətlə yetiriiblər.
Türkiyənin Xarici İşlər Nazirliyi bununla əlaqədar açıqlama verib.
Açıqlamada deyilir: “1920-ci illərin əvvəllərində Osmanlı siyasi və hərbi liderləri ilə yanaşı, o dövrün Azərbaycan dövlət xadimlərinə və hətta bəzi erməni əsilli Osmanlı vətəndaşlarına qarşı həyata keçirilən sui-qəsdləri törədənlərə itfah edilən “Nemezida abidəsi”nin İrəvanda açılmasını qətiyyətlə pisləyirik
Bu rüsvayçı abidənin açılışı 31 diplomatımızın və onların ailə üzvlərinin qətlə yetirildiyi mənfur terror hücumlarına səbəb olan qanlı bir terror hərəkatının ucaldılmasıdır.
Bu hadisənin erməni mətbuatında təqdim edilə tərzi də təsdiq edilməsi mümkün olmayan də saxta tarix təsəvvürünün bəzi zehinlərdə hələ də qalmağa davam elədiyini göstərməkdədir.
Türkiyə ilə Ermənistan arasındakı normallaşma prosesinin ruhu ilə uzlaşmayan bu cür təxribatçı addımlar regionda daimi və davamlı sülh və sabitliyin bərqərar olması istiqamətində səylərə heç bir töfhə verməyəcək, tamamilə əksinə, normallaşma prosesinə mənfi təsir edəcəkdir”.