Dünən, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
"Cənubi Qafqazda vəziyyət kövrəkdir. Ermənistan səmimi olmadığına görə durum hələ də gərgindir".
Sozcu.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada çıxışı zamanı deyib.
O bildirib ki, indi dünyada beynəlxalq sistemsizlik hökm sürür: “Biz əvvəllər beynəlxalq sistemlərdən danışırdıq. İndi isə sistemsizlikləri müzakirə edirik. Avropanın mərkəzində müharibə gedir. Halbuki BMT-nin, Avropa İttifaqının yaradılmasının məqsədi toqquşmaların qarşısını almaq idi”.
Nazirin sözlərinə görə, Ukrayna müharibəsində Türkiyə kimi balanslı siyasət yürüdən başqa ölkə yoxdur: “Biz bu siyasəti davam etdirməliyik. Türkiyənin balanslı siyasəti bu ölkə üçün çox faydalıdır”. (report)