Bu gün, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
14 maydan əvvəl terrorçubaşılar Qəndildən bir video çəkərək, CHP sədri Kamal Kılıçdaroğlu üçün səs istədilər. Seçki sonrası da dəstəklərini davam etdirdilər.
Sozcu.info xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Nə edirlərsə etsinlər, iqtidara gəlmək üçün, kreslolarını qorumaq üçün terrorçular və FETÖ-çülərlə müttəfiqliklərini gizlədə bilməzlər”, - deyə dövlət başçısı bildirib.
Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin ikinci turu 28 mayda keçiriləcək. İkinci turda Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğan və "Altılı masa"nın namizədi, CHP sədri Kamal Kılıçdaroğlu mübarizə aparacaq.