Bu gün, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Ölkə başçısı cənab İlham Əliyevin “ Nəyi, necə, nə zaman edəcəyimi mən çox gözəl bilirəm” ifadəsi gün keçdikcə xronoloji ardıcıllıqla öz yerinə oturmaqda, təsdiqini tapmaqdadır. Laçında quraşdırılan Sərhəd Keçid Məntəqəsi, ardınca Brüsseldə keçirilən sülh danışıqları zamanı Ermənistan baş naziri Nikol Paşinyan tərəfindən Qarabağın Azərbaycan ərazisi kimi təsdiqlənməsi cənab İlham Əliyevin həm hərbi, həm də diplomatik cəbhədə necə mahir sərkərdə olmasının göstəricisidir. Bu qələbələrin əldə olunmasında Ümummilli liderin “ İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” şüarını əldə bayraq edən cənab Prezident etdiyi hər səfərdə, keçirdiyi hər görüşdə dayanıqlı iqtisadiyyatın qorunub saxlanılması və daha da inkişafı üçün mühüm addımlar atmışdır. Məhz bu görüş və tədbirlərin nəticəsidir ki, Asiya və Avropanın bütün aparıcı dövlətləri Zəngəzur dəhlizinin beynalxalq səviyyədə əhəmiyyətini qəbul etməkdədir.May ayının 22-də Cənab Prezidentin Litva Respublikasına rəsmi səfəri ikitərəfli əməkdaşlıq baxımından rəngarəng və zənginliyi ilə yadda qalmışdır. Müxtəlif sahələr üzrə imzalanmış razılaşmalar iki ölkənin siyasi və iqtisadi əlaqələrinin daha da möhkəmlənməsinə zəmin yaratmışdır. Rusiya – Ukrayna müharibəsi başlandığı andan Avropanın enerji təhlükəsizliyi gündəmin əsas məsələsinə çevrilmişdir. Yeni yaranan qütbləşmədən öz ölkəsinin maraqları naminə məharətlə istifadə edən cənab Prezident İlham Əliyev enerji təhlükəsizliyi baxımından Azərbaycanın əvəzsiz tərəfdaş olduğunu bütün Avropaya qəbul elətdirə bildi. Litva səfərində də Prezident Gitanas Nausedayla danışıqların əsas proritet məsələlərindən biri enerji təminatı ilə bağlı idi. Strateji əməkdaşlıq çərçivəsində biznes qurumlarının birgə fəaliyyəti, ticarət dövriyyəsinin artırılması ilə bağlı razılaşmaıar əldə edilmişdir. Bundan əlavə səfər zamanı beynəlxalq yükdaşımalarla bağlı, həmçinin ətraf mühitin mühafizəsi və Prokurorluq orqanları arasında əməkdaşlıqla bağlı proqram və sazişlər imzalanmışdır. Diqqət çəkən ən mühüm məqamlardan biri iki ölkə arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması oldu. Bu isə cənab Prezident İlham Əliyevin Azərbaycan gəncinə olan qayğısının, etimadın, həmçinin ölkə iqtisadiyyatına ən böyük yatırımın Azərbaycan gənci olduğuna inamın göstəricisidir.Sevinc Hacızadə
Suraxanı rayonu, 79 nömrəli tam orta məktəbin direktoru
Sozcu.info