8-05-2026, 18:42
5-05-2026, 23:48
28-04-2026, 12:14
22-04-2026, 13:21
17-04-2026, 19:33
Zəngilan rayonunda Horadiz – Zəngilan avtomobil yolunun əsaslı təmirinə vəsait ayrılıb.
Sozcu.info-nun məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun ərazisində 61 km uzunluğunda mövcud Horadiz – Zəngilan avtomobil yolunun əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 31,4 milyon manat ayrılıb.