Bu gün, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Sozcu.info “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu 550 min nəfərdən artıq suriyalının öz evlərinə – Suriyanın şimalının terrorçulardan təmizlənmiş rayonlarına qayıtdıqlarını söyləyib.
Çavuşoğlu NTV kanalına müsahibəsində deyib: “Biz 553 min nəfər qaçqını terrordan təmizlənmiş rayonlara yerləşdirmişik”.
Nazir Suriyada 240 min ev tikiləcəyini və burda 1 milyon nəfər qaçqının yerləşdiriləcəyini bildirib.
Çavuşoğlu deyib: “Biz suriyalı qaçqınları təkcə təhlükəsizlik zonalarına deyil, həm də Bəşər Əsəd hökumətinin nəzarətində olan rayonlara da göndərmək istəyirik”.
Türkiyə XİN-in başçısı Suriya məsələsi ilə bağlı Türkiyə, RF, İran və B.Əsəd hökumətinin iştirakı ilə dördtəfli görüşlərin keçirilməsinin əhəmiyyətini qeyd edib.
Çavuşoğlu deyib: “Moskvada xarici işlər nazirlərinin axırıncı görüşündə bir suriyalıların Bəşər Əsəd hökumətinin nəzarəti altındakı rayonlara təhlükəsiz qayıdışı üçün infrastruktur yaradılmasına hazırlıq görülməsi barəsində razılığa gəldik. Nazir müavinləri səviyyəsində komissiya yaradılması qərara alınıb”.
Çavuşoğlu Suriyada təhlükəsizliyin və sabitliyin təmin edilməsi üçün terror təhlükəsinin dəf edilməsinin zəruri olduğunu qeyd edib.