Ərdoğanın 13 sirri: O, qələbəni bunlarla qazandı


Məlum olduğu kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də, 14 may seçkilərindən sonra böyük fərqlə rəqibi Kamal Kılıçdaroğlunu qabaqlayıb. Bu qələbənin ən böyük səbəbinin Ərdoğanın dik və inamlı mövqeyi, prezident-hökumət sisteminin koordinasiyalı işləməsi, investisiya, istehsal və məşğulluq yolu ilə böyümə siyasəti olduğu vurğulanır.

Sozcu.info xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədrinin seçki işləri üzrə müavini Ali İhsan Yavuz Ərdoğanın 28 mayda qazandığı qələbəni dəyərləndirib.

Yavuz rəqiblərini hər şəraitdə geridə qoymağı bacaran Türkiyə liderinin uğurunun sirrini 13 bənd ilə açıqlayıb.

Həmin bəndləri təqdim edirik:

1. Tam qətiyyət, əzm, qərarlılıq və səmimiyyətlə hərəkət etmək.

2. Gecə-gündüz çalışmaq. Zəfərə deyil, səfərə cavabdeh olduğuna inanaraq, qələbə üçün çalışmağın lazım olduğunu bir an belə unutmamaq.

3. Çox təcrübəli bir lider olsa da, komanda işinə, kollektiv ruha və məsləhətləşməyə həmişə dəyər vermək.

4. Xalqa xidmət etmək inancına sahib olmaq.

5. Təşkilatın gücünə inanmaq, hər zaman yaxşı və güclü təşkilata can atmaq.

6. Nəyin bahasına olursa-olsun, prinsiplər və dəyərlər üzərində heç vaxt güzəştə getməmək.

7. “Səni yalnız zəhmətin mükafatlandırılır” fikrinə uyğun hərəkət edərək həftənin 7 günü 24 saat çalışmaq.

8. “Bir vacib işi bitirdikdən sonra dərhal növbəti işə başlayın” hökmünü qulağına sırğa etmək.

9. “Hər çətinliyin yanında bir asanlıq da vardır” düşüncəsi ilə heç vaxt ruhdan düşməmək və ümidsizliyə qapılmamaq.

10. Həmişə yerli, milli və doğru olanı müdafiə etmək.

11. Millətin yolunu öz yolu kimi görmək, cəmiyyətin hər təbəqəsindən olan insanlarla birgə siyasətlə məşğul olmaq.

12. Məzlumların tərəfində olmaq, yetimlərin və susqun kütlənin səsi olmaq.

13. Ədalət, səriştə və ləyaqət anlayışlarının özündə əks etdirmək.



Oxşar Xəbərlər

Xəbər lenti