26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Xəbər verdiyimiz kimi, iyunun 15-i saat 08 radələrində Ermənistan Respublikasının Silahlı Qüvvələri terror-təxribat-provakasiya əməllərini növbəti dəfə davam etdirməklə müxtəlif çaplı odlu silahlardan Azərbaycan Respublikasının suveren ərazisi olan Laçın-Xankəndi avtomobil yolunun başlanğıcında yerləşən “Laçın” Sərhəd Nəzarəti məntəqəsinə dislokasiya olunub və ərazidə xidmət göstərən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına atəşlər açmışdı. Nəticədə 1 nəfər hərbi qulluqçu, gizir Elşən Rüstəmov güllə yarası xəsarətləri almışdı.
Bundan dərhal sonra DSX cavab tədbirləri görüb. “Laçın” sərhəd-keçid məntəqəsi insidentin araşdırılması, günahkarların tapılmasına qədər bağlanıb.
Sozcu.info xəbər verir ki, bu gün “Laçın” Sərhəd Nəzarəti məntəqəsinə zirehli texnikalar yığılıb.
Bununla bağlı fotogörütülər sosial şəbəkələrdə yayılıb.