8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Paşinyanın 44 günlük müharibəni araşdıran İstintaq komissiyasının iclasında çıxışı zamanı 10 noyabr 2020-ci il razılaşmasına dair açıqlamaları xüsusilə maraqlıdır, çünki həmin gün Azərbaycanda da müəyyən proseslər yaşanmışdı və bu hadisələrin üzərindəki sirr pərdəsi zamanla açılacaq.
Ermənistanın baş nazirinin dedikləri erməni ictimai rəyində özünü haqlı çıxarmağa hesablanıb, hərçənd, müəyyən məqamlara aydınlıq gətirilməsi baxımından diqqətəlayiq hesab oluna bilər.
- Ermənistan Ağdamı Hadrutla “barter” etmək istəsə də qəbul olunmayıb;
- İlkin mətn 9 noyabrda səhər saatlarında imzalanıb, lakin günün sonunda Bakı yeni tələblər irəli sürərək, imzalanmış sənədi dövriyyədən çıxarıb;
- Azərbaycanın yeni tələblərindən biri Qazaxın 7 kəndinin qaytarılmasının da mətnə daxil edilməsi olub, İrəvan razılaşmayıb və yekunda bu bənd bəyanatdan çıxarılıb: lakin bununla bağlı Ermənistanın öhdəlik götürdüyü, bu kəndlərin (Kərki də daxil olmaqla) delimitasiya prosesinə saxlanıldığına dair məlumatlar var, Bakının müharibənin başa çatması şərtlərindən biri kimi bunu irəli sürməsi məsələnin ən azı şifahi olaraq razılaşdırıldığını deməyə əsas verir; Azərbaycan XİN-in bəyanatlarında “şifahi razılaşmaya” işarə etməsi də bununla bağlıdır və məsələ delimitasiya prosesinə daxil edilib;
- Digər tələb Zəngəzur dəhlizi ilə bağlı olub: Nikol dəhlizlə razlaşmadıqlarını bildirir, hərçənd, bəyanatda “dəhliz” ifadəsinin çıxarıldığı, dəhliz rejimi ilə işləyəcək “maneəsiz keçid” olaraq qeyd olunduğu bəllidir.
Paşinyan da etiraf edir ki, hər şey Şuşanın azad olunması ilə dəyişdi. Görünür, bunu təkcə Ermənistan yox, Rusiya da gözləmirmiş. Və əslində masadakı mətni Azərbaycan əsgərinin yazdığını deyə bilərik.
10 noyabra keçən gecə imzalanan üçtərəfli bəyanat Azərbaycanda da ciddi mübahisə mövzusu oldu, hələ də bunu “məğlubiyyət” hesab edənlər var, hərçənd, bu, mövcud şərtlərə görə atılmış ən uyğun addım idi. Bu şərtlərin nə olduğunu isə bilmirik. Lakin 10 noyabr razılaşmasından ötən üç ilə yaxın müddətdə Qarabağda “statusun” verilməməsindən tutmuş Laçın dəhlizinin ləğv edilməsinə qədər atılan addımlar göstərir ki, Bakı 2020-ci ildə tam nail ola bilmədiyi işi mərhələ-mərhələ həyata keçirir və iki il sonra rus əsgərlərinin çıxacağı şərtləri yetişdirir.
yenisabah.az