Ərdoğan: "Türkiyənin Konstitusiyası dəyişdirilməlidir"


Sozcu.info “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının iclasındakı çıxışında Türkiyə hökumətinin ölkəni dünyanın 10 ən güclü iqtisadiyyatları sırasına daxil etmək üçün çalışacağını bildirib.

Ərdoğan daha sonra əlavə edib ki, Türkiyənin bundan sonrakı inkişafı üçün mühüm stimul ölkə Konstitusiyasının yeni redaktədə qəbul edilməsi olacaq. Prezident deyib: “Türkiyə əsri konsepsiyası bir vaxtlar dövlət çevrilişi nəticəsində hazırlanmış və qəbul edilmiş Konstitusiya əsasında reallaşa bilməz”.

Dövlət başçısı Konstisusiyanın yeni redaktəsi zamanı müsəlman xanımların başörtüyündən istifadə etməsi hüququnun da qeyd edilməsini təklif edib.



Oxşar Xəbərlər

Xəbər lenti