8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sozcu.info “Ukrainskaya pravda” nəşrinə istinadla xəbər verir ki, Ukraynanın Tbilisidəki səfirliyinə rəhbərlik edən müvəqqəti işlər vəkili Aleksandr Şulqa Gürcüstan Xarici İşlər Nazirliyinə çağrılıb. Bu barədə Gürcüstanın “İmedi” telekanalı məlumat yayıb.
Səbəb Ukrayna Prezidenti Vladimir Zelenskinin “Gürcüstan Hava Yolları” şirkətinə qarşı sanksiya tətbiq eləmək qərarını verməsi olub.
Gürcüstan hakimiyyəti Zelenskinin bu qərarını “dost olmayan addım” adlandırıb.
Zelenskinin “Gürcüstan Hava Yolları” şirkətinə qarşı sanksiya qoymasının səbəbi isə Rusiyaya uçuşların bərpa edilməsi olub.
Gürcüstanda ikitirəlik
Gürcüstanın hakim partiyası və hökuməti Rusiya ilə hava resylərinin bərpasını müsbət qarşılasalar da, ölkə Prezidenti Salome Zurabişvili şirkəti boykot eləməyə çağırıb.
Şirkət də öz növbəsində ölkə Prezidentinin öz uçuşlarında “arzuolunmaz şəxs” adlandırıb.