Nikol Əliyevlə gözlənilən görüşündən danışdı: Təəssüf ki…


Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın 21 iyuldan daha tez baş tuta bilər.

Sozcu.info xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

Nikol Paşinyan isə AB Şurası rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti ilə görüşəcəyini təsdiqləyib:

“Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Vaşinqtonda keçirilən sonuncu görüşündə nəzərəçarpacaq irəliləyiş qeydə alınmayıb, lakin müəyyən irəliləyiş var. Yaxın vaxtlarda Avropa Şurası prezidentinin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan Prezidenti ilə görüşüm planlaşdırılır.

Təəssüf ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətni hələ imzalanmağa hazır deyil. Qarşıdakı görüş zamanı ümid edirəm ki, Vaşinqtonda qeydə alınan müsbət şeylər reallaşacaq”.

Xatırladaq ki, Şarl Mişel növbəti görüşün iyulun 21-də Brüsseldə baş tutacağını açıqlamışdı.

Qeyd edək ki, N.Paşinyan da bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə Brüsseldə görüşəcəyini açıqlamışdı.



Oxşar Xəbərlər

Xəbər lenti