İran və Azərbaycan nazirləri Astarada..

İranın yol naziri və Azərbaycan baş nazirinin müavini Astaranın nəqliyyat infrastrukturuna baş çəkiblər. 
"İSNA" xəbər verir ki, iki ölkənin iqtisadi əməkdaşlıq üzrə birgə komissiyasının həmsədrləri olan İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş və Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev dünən, iyulun 17-də Gilan əyalətinin şimal-qərbində yerləşən sərhədyanı Astara liman şəhərinin quru və dəmir yolu nəqliyyatı infrastrukturuna baxış keçiriblər.
Görüş zamanı onlar nəqliyyat sahəsində iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi və Astara dəmir yolu limanı layihəsinin davam etdirilməsinin sürətləndirilməsi, eləcə də Bakı-Astara-Astara avtomobil yolunun birləşdirilməsinin vacibliyini vurğulayıblar.



Oxşar Xəbərlər

Xəbər lenti