“Yaxın vaxtlarda İrəvan 10 noyabr sazişindən çıxacaq” - Xaçikyandan ŞOK İDDİA

“Yaxın vaxtlarda İrəvan 10 noyabr sazişindən çıxacaq”
“Ermənistan yaxın günlərdə 10 noyabr sazişindən çıxacağını bəyan edəcək”. Sozcu.info JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, bu sözləri “Ana Ermənistan” hərəkatının üzvü Artur Xaçikyan bildirib.

O deyib ki, bundan sonra Laçın dəhlizi olmayacaq. “Çünki ərazi Azərbaycanındır. Onun üzərində hansı qərarları vermək səlahiyyəti də Bakıda olacaq. Həmin hadisədən sonra Bakı qərar verəcək ki, biz Qarabağa ərzaq göndərək, ya yox”.

Xaçikyan bildirib ki, əvvəl Rusiyanın vasitəçilik edərək, problemi aradan qaldıracağına ümid edilirdi. “İndi isə bu ümid də yoxdur. Nikol Paşinyanın bəyanatı hər şeyi dəyişdi. Bu bəyanatdan sonra məlum oldu ki, Qarabağın Azərbaycanın ərzaisi olmaqla bağlı iki ölkə arasında mübahisə yoxdur”.

Erməni siyasətçi onu da bildirir ki, Bakı-Xankəndi dialoqu da əhəmiyyətsiz bir şeydir. “Çünki Azərbaycan Qarabağı heç vaxt tərəf olaraq tanımayacaq. Bakının tələbləri olacaq. Həmin tələblər də “müdafiə ordusu”nun, “parlament”in buraxılması, bütün “dövlət strukturları””nın ləğvindən ibarətdir”.

Xaçikyan onu da deyib ki, bütün bunların fonunda Azərbaycan Rusiya sülhməramlı qüvvələrinin ölkə ərazisindən çıxarılması məsələsini qaldıra bilər. “Əgər Qarabağ problemi yoxdursa, o zaman rusların bölgədə də bir işi qalmır. Əgər hər şey plan üzrə gedərsə, Azərbaycan rus hərbçilərinin Qarabağdan çıxarılması məsələsini qaldıracaq”.



Oxşar Xəbərlər

Xəbər lenti