8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
“Beynəlxalq və geosiyasi vəziyyət gərgin, qeyri-sabit olaraq qalır”.
Sozcu.info erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 25-də keçirdiyi mətbuat konfransında belə deyib.
“Bölgəmizdə sabitliyin əsas amillərindən biri hesab edilən dünya nizamı əslində mövcud deyil. Yeni dünya nizamının necə olacağını heç kim bilmir. Yeni dünya düzəninin formalaşması prosesində Ermənistanın təsiri qeyri-müəyyən və qeyri-maddi, geosiyasi qeyri-sabitlikdən irəli gələn təhlükələr isə görünən və realdır. Ukrayna hadisələri ilə bağlı regionumuzda geosiyasi təsir azalıb, ənənəvi Şərq-Qərb formulları kifayət qədər effektli deyil. Hazırkı şəraitdə regional qeyri-qarşıdurma siyasətinin işlənib hazırlanması və həyata keçirilməsi, Ermənistanın bölgəsəl gələcəyin memarlığında yeri və rolunun aydınlaşdırılması bizim üçün həyati əhəmiyyət kəsb edir.
Ermənistanla həmsərhəd olan ölkələrin heç biri digəri ilə qarşıdurma münasibətlərinə malik deyil və hətta ən aktual məsələlərin həlli düsturu da maraqların tarazlığı hesabına daha effektli olan əməkdaşlıq siyasətidir. Bu baxımdan İran və Gürcüstanla münasibətlərimizin təbii şəkildə inkişaf etdiyini nəzərə alsaq, Azərbaycanla sülh müqaviləsinin imzalanması və Türkiyə ilə münasibətlərin normallaşdırılması zərurətdir”, - deyə Paşinyan bildirib.