Ulu öndər Heydər Əliyev üçün Azərbaycan xalqının milli maraqları, milli qüruru və ədalət şəxsi amillərdən üstün idi

Ümummilli lider, dünya şöhrətli siyasətçi, müasir Azərbaycanın qurucusu  Heydər Əliyevi Azərbaycan tarixinin XX əsrdəki əhəmiyyətli simalarından birincisi hesab etmək olar. Ulu öndərin əbədiləşən ömür yoluna nəzər salsaq belə qənaətə gəlirik ki, ömrünü xalqına həsr edən, dövləti, milləti üçün misilsiz xidmətlər göstərən rəhbər əhəmiyyətli siyasi, iqtisadi və sosial islahatlar apararaq ölkəmizi dünyaya tanıtmışdır. Ulu öndərin dövlətimiz, xalqımız qarşısında  xidmətləri hər an, hər gün gözlərimizin önündədir. Dahi şəxsiyyət hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək bir-birindən mühüm addımlar atmışdır. Bu fikir daima irəli çəkilir ki, ulu öndər Heydər Əliyev hakimiyyətinin birinci dövründə Azərbaycanı keçmiş ittifaqın ən geridə qalmış respublikaları sırasından qabaqcıl ölkəyə çevirdiyi kimi hakimiyyətinin ikinci mərhələsində də müstəqilliyimizin xilaskarı kimi adını tariximizə qızıl hərflərlə yazmışdır.“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.” -deyərək 1969-1982 -ci illərdə qoyduğu möhkəm iqtisadi təməllər sayəsində çox güclü siyasi hakimiyyət qura bilmişdi. Dahi siyasətçi və böyük şəxsiyyət Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə özünün uzaqgörən daxili və xarici siyasəti ilə ölkəmizin nüfuzunu artırmışdırÖlkə daxilində apardığı  islahatlar nəticəsində respublikamızı müxtəlif istiqamətlərdə inkişaf etdirmişdir. Məhs ulu öndərin qərarı ilə üç rəngli milli bayrağımız dövlət bayrağı elan edildi, müstəqil dövlətin konstitusiyası qəbul edildi.
Müdrik siyasətçi Heydər Əliyev xalqımızın ən çətin anlarında öz haqq səsini ucaldaraq sovet rəhbərliyini ittiham etmiş və Kommunist partiyasının sıralarını tərk etmişdir. Əsl liderlik keyfiyyətləri göstərərək 20 yanvar hadisələrində xalqının yanında olmuş və sovet rəhbərliyinin bu cinayətini pisləmişdir. 1991-ci ildə müstəqilliyinə qovuşmuş Azərbaycan böyük çətinliklərlə üzləşmişdir. Bu çətinliklərdən, qarışıqlıqdan istifadə edərək baş qaldıran düşmənlərin işğalından,Azərbaycanı parçalamaq istəyindən məhs ulu öndər Heydər Əliyev zəngin siyasi və dövlətçilik təcrübəsi,qətiyyəti sayəsində Azərbaycanı  xilas etmişdir. 1993-cü ildə xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev sayəsində ölkənin daxili və xarici siyasətində sabitlik bərqərar olmuş və ölkə yeni inkişaf dövrünə qədəm qoymuşdur.
Görkəmli siyasi xadim Heydər Əliyevin 30 ildən artıq bir dövrü əhatə edən misilsiz xidmətləri dövlət salnaməsində bir iz yaratmışdır. Ulu öndər Heydər Əliyevin siyasi kursunu bu gün müzəffər Ali Baş Komandan cənab İlham Əliyev müvəffəqiyyətlə davam etdirir. Onun yürütdüyü daxili və xarici siyasət nəticəsində Azərbaycan regionda lider dövlətə çevrilmişdir.
Müstəqil Azərbaycan yaşadıqca ulu öndər Heydər Əliyev də ürəklərdə yaşayacaqdır . Azərbaycan xalqı öz xilaskarını heç vaxt unutmur, onu daima ehtiramla yad edir.

Aytəkin Quliyeva

Suraxanı rayonu, 84 nömrəli tam orta məktəbin biologiya müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti