8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Skabeyeva indi də Türkiyə Prezidentinin üstünə “hürür”. Vladimir Putinin Türkiyəyə gözlənilən səfəri öncəsi Kremlin təbliğat maşını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı “hücuma” keçib və görünür, bu, görüş öncəsi Kreml sahibinin “əlini möhkəmləndirməyə” hesablanıb.
Hurriyyet.az xəbər verir ki, Rusiyanın mərkəzi dövlət kanalında efirə gedən Olqa Skabeyevanın son verilişində Türkiyə və onun başçısı Rəcəb Tayyib Ərdoğan hədəfə alınıb. Birmənalı olaraq, Kremlin sifarişilə hazırlandığı heç bir şübhə doğurmayan verilişdə Skabeyeva və onun “ekspert” qonaqları açıq mətnlə Ərdoğanı düşmən elan edib və Türkiyənin ünvanına müxtəlif səpkili təhdidlər yağdırıblar.
Skabeyeva Ərdoğanın “taxıl sazişi”nə dair çıxışından sitatlar gətirib. Həmin sitatlarda Ərdoğan Qərbi “taxıl sazişi”nin bəzi şərtlərinə əməl etməməkdə günahlandırıb. Skabeyeva isə bunun qarşılığında artıq Rusiyanın Ərdoğanın bu cür çıxışlarına və ümumilikdə onun özünə inanmadığını bəyan edib.
Skabeyeva və “ekspertlər” hətta eyham vurublar ki, bir neçə gün əvvəl Türkiyənin Mərmərə dənizindəki Derincə limanında taxıl terminallarında baş verən partlayışlar Rusiyanın “əl işidir”: “Ukrayna taxılına baş qoşmaq lazım deyil. Bu, çox təhlükəlidir. Oradan qazanc götürə bilməyəcəksiniz”.
Skabeyeva özü Derincə limanındakı partlayışı nəzərdə tutaraq, istehza ilə deyib ki, “yəqin oradakı gəmilərdə “tratil (partlayıcı maddə) tozu” olub və həmin toz da partlayıb”. Qeyd edək ki, doğrudan da sözügedən limandakı partlayışın Rusiya tərəfindən təşkil olunduğuna dair şübhələr var. Rusiya dövlət televiziyasında bu hadisəyə göstərilən münasibət ən azından Moskvanın bunda maraqlı olduğunu və şübhələrin əsassız olmadığını təsdiqləyir...
Skabeyeva və qonaqları Türkiyəyə qarşı münasibətin bu dərəcədə kəskin şəkildə dəyişməsini Ərdoğanın “Azov” komandirlərini Kiyevə təhvil verməsi və Ukraynaya “Bayraktar” verməsilə izah ediblər.
Daha sonra ukraynalıların “qancıq it” adlandırdıqları Skabeyeva bir az da irəli gedərək, birbaşa Ərdoğanı təhdid etməyə çalışıb: “Ərdoğan, sən niyə onlara “Bayraktar” verdin, “azovçuları” verdin? Ərdoğan şirin danışır, ancaq biz ona artıq inanmırıq. Maraqlıdır ki, hətta “azovçuları” verəndən sonra o, yenə də sülh danışıqlarında bizə vasitəçi olmağı təklif edir və eyni anda da türk “Bayraktar”ları Ukraynada uçuşurlar”.
Ancaq nədənsə, Skabeyeva və onun verilişinin simasız qonaqları bütün bunlara baxmayaraq, Putinin nədən Ərdoğanın və Türkiyənin ətəyindən bərk-bərk yapışmasını izah edə bilməyiblər...
Bütün bunlarla yanaşı, verilişin iştirakçıları Skabeyeva başda olmaqla, millət olaraq türkləri təhqir etməyə də cəsarət ediblər. Türkləri “alverçi millət” adlandıran Skabeyeva və “ekspertlər” bildiriblər ki, Türkiyə “taxıl sazişi” ilə sadəcə, öz ticarət maraqlarını güdür və onun bu maraqlarını zərbə altına almaq lazımdır.
Ancaq hələ də həşərat sürüsü kimi Türkiyə sahillərinə axışan və türkləri “alverçi milləti” adlandıran bu canlılar yəqin ki, Türkiyənin, bütünlükdə türklərin şanlı tarixini və bugünkü gücünü kor gözləri ilə görmürlər, ya da görməzdən gəlirlər. Ən əsası isə özlərinin bütün dünyada işğalçılar, qatillər, əyyaşlar milləti kimi ad çıxardıqlarını unudurlar...