Ərdoğanla Putin yenidən görüşə bilərlər


Sentyabrın 19-25-də BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsinin keçiriləcəyi vaxt Türkiyə və Rusiya prezidentləri yeni görüş keçirə bilərlər. 

Sozcu.info xəbər verir ki, bunu "Hürriyet" yazıb. 

Sentyabrın 4-də Putinlə Soçidə keçirdiyi mətbuat konfransında Ərdoğan deyib ki, Ankara BMT ilə birlikdə taxıl sazişini bərpa etmək məqsədi ilə yeni təşəbbüslər toplusu hazırlayıb və buna müsbət baxılacağına ümid edir.

Rusiya Federasiyasının prezidenti isə öz növbəsində bildirib ki, Moskva İstanbul müqavilələri çərçivəsində ona verilən vədlərin yerinə yetirildiyi tarixdə bir neçə gün ərzində taxıl müqaviləsinə qayıtmağa hazırdır. /Yenisabah.az/



Oxşar Xəbərlər

Xəbər lenti