Prezident Ərdoğan Hindistana yola düşüb


Sozcu.info TRT Haber kanalına istinadla xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan G20 liderlərinin sammitində iştirak etmək üçün həyat yoldaşı Əminə Ərdoğan ilə birlikdə Hindistana yola düşüb.

Dünyanın ən böyük 20 iqtisadiyyatına sahib olan ölkələrin liderləri 9-10 sentyabr tarixlərində Hindistanda toplaşacaqlar. Sammitin əsas mövzusu “Bir dünya, bir ailə, bir gələcək” mövzusu olacaq.

Rusiya Prezidenti Vladimir Putin ilə Çin Xalq Respublikasının sədri Si Cinpin sammitdə iştirak etməyəcəklər.

Hindistandakı tədbirdən sonra Prezident Ərdoğan da daxil olmaqla, dünya liderləri BMT-nin Baş Assambleyasında toplaşacaqlar. BMT-nin 78-ci Baş Assambleyası 17-21 sentyabr tarixlərində ABŞ-ın Nyu-York şəhərində keçiriləcək.



Oxşar Xəbərlər

Xəbər lenti