8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ermənistanın baş naziri Nikol Paşinyanla Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Sozcu.info-nun məlumatına görə, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, telefon danışığında Laçın yolu ətrafında vəziyyət, “blokada” nəticəsində “Qarabağda dərinləşən humanitar böhran”, “Azərbaycan qoşunlarının Dağlıq Qarabağ ətrafında cəmləşməsi, eləcə də Ermənistan-Azərbaycan dövlət sərhədində gərginliyin artması tendensiyaları ilə bağlı məsələlər” müzakirə edilib.
“Baş nazir Paşinyan 2022-ci il oktyabrın 6-da Praqada və 2023-cü il mayın 14-də Brüsseldə əldə olunmuş razılaşmalara və bütün məsələlərin müstəsna olaraq diplomatik vasitələrlə və konstruktiv atmosferdə həllinə yanaşmaya sadiqliyini təsdiqləyib” - xəbərdə deyilir.
Məlumata görə, prezident Emmanuel Makron sərhədlərdə gərginliyin azaldılmasının vacibliyini vurğulayıb.
“Baş nazir Nikol Paşinyan Azərbaycan Prezidenti ilə gərginliyin azaldılması istiqamətində təcili müzakirələr aparmağa hazır olduğunu bildirib” - rəsmi məlumatda vurğulanır.
Həmçinin qeyd olunur ki, Makron regionda sülh və sabitliyin bərqərar olması üçün səyləri dəstəkləməyə hazır olduğunu bildirib.
Musavat.com