Ermənistan silahlı qüvvələrinin mövqelərinin atəşə tutulması barədə məlumat tamamilə yalandır - MN


Sentyabrın 13-ü saat 03:40 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.

Sozcu.info xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

"Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda deyilir.



Oxşar Xəbərlər

Xəbər lenti