8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
“İran regionda istənilən münaqişənin əleyhinədir”. Sozcu.info JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, bunu İran parlamentinin xarici siyasət və təhlükəsizlik məsələləri komissiyasının üzvü Əbülfəzl Amoui deyib.O qeyd edib ki, Tehran istənilən münaqişənin əleyhinədir və müharibə olmamalıdır. “Eyni zamanda, Ermənistanla sərhədimiz bağlanmamalıdır ki, bunu tərəflərə elan etmişik”.Amoui daha sonra bildirib ki, Cənubi Qafqaz regionu dünyanın mühüm geosiyasi bölgələrindən biridir və bu regiona beynəlxalq səviyyədə böyük diqqət yetirilir. “Biz ölkə olaraq bu bölgənin qonşuluğunda yerləşirik və onun inkişaflarına çox həssasıq”.İranlı deputat “Azərbaycan və Ermənistan arasında gərginliyi diqqətlə izlədiklərini də deyib. “İranın hərbi elitasında bununla bağlı məlumatlar var. Onlar prosesi nəzarətdə saxlayırlar”.Komitə rəsmisi vurğulayıb ki, İranın konkret hədəfləri var. “Bizim mövqeyimiz aydındır. Birincisi, biz sərhədlərimizdə münaqişənin olmasını istəmirik və məsələləri güc yolu ilə həll etmək mümkün deyil. Mübahisə olarsa, məsələlər siyasi dialoq yolu ilə davam etdirilməlidir.İkinci mövqe odur ki, Azərbaycan və Ermənistanla əlaqəsi olmayan regiondankənar tərəflərin təhrikini rədd etməlidir. Biz hesab edirik ki, hər iki tərəf öz məsələlərini dialoq yolu ilə həll etməlidir. Üçüncü məqam ondan ibarətdir ki, biz regionun geosiyasətində və beynəlxalq sərhədlərdə heç bir dəyişikliyi qəbul etmirik və bu, İranın milli maraqlarına ziddir. Biz təkid edirik ki, İranı Şərqi Avropa ilə Ermənistan vasitəsilə birləşdirən marşrut digər marşrutlarla yanaşı açıq qalmalıdır”.Amoui onu da deyib ki, İran Ermənistanı tarixi qonşularından biri hesab edir. “Ermənistanla yalnız birbaşa sərhəd əlaqəsini özünün prioriteti və milli maraqları hesab edir. Bütün xarici tərəflər bilir ki, İran öz milli maraqlarını müdafiə etmək üçün lazımi vasitələrə və imkanlara malikdir. Yolun bağlanmasına imkan verməyəcəyik”.