İlham Əliyev antiterror tədbirlərinin məqsədlərini açıqladı


Xəbər verdiyimiz kimi, ötən gün  ABŞ Dövlət katibi Antoni Blinken  Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Sozcu.info-nun məlumatına görə, telefon danışığı zamanı Prezident İlham Əliyev Azərbaycanın Qarabağda başlatdığı lokal antiterror tədbirlərindən də söz açıb.

İlham Əliyev Azərbaycanın Qarabağ bölgəsində sentyabrın 9-da qondarma “prezident seçkiləri”nin keçirilməsi də daxil olmaqla, bu hərəkətlərin Azərbaycanın suverenliyinə qarşı Ermənistanın və onun yaratdığı və dəstəklədiyi qondarma separatçı qurumun məqsədyönlü təxribatlarının davamı olduğunu vurğulayıb.

Azərbaycan Prezidenti bildirib ki, bu kimi təxribatçı və təhrikçi əməllərin qarşısının alınması üçün Azərbaycan bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlamalı olub.

İ. Əliyev vurğulayıb ki, antiterror tədbirlərinin həyata keçirilməsi zamanı mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır.



Oxşar Xəbərlər

Xəbər lenti