Ərdoğan İlham Əliyevlə DANIŞDI - Yenilənib


Sentyabrın 20-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Telefon söhbəti zamanı lokal xarakterli antiterror tədbirlərinin başa çatması və Azərbaycanın Qarabağ bölgəsində olan qanunsuz silahlı birləşmələrin silahı yerə qoymaları və tərk-silah olmaları barədə fikir mübadiləsi aparılıb.

Dövlət başçıları Azərbaycan və Türkiyənin daim bir-birinin yanında olduqlarını vurğulayıblar.

Azərbaycan və Türkiyə prezidentləri qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən gələcək təmaslar və strateji müttəfiqlik əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparıblar.//APA

***

20.09.2023

22:17

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışıb.

Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, Ərdoğan İlham Əliyevdən Azərbaycanın keçirdiyi antiterror tədbirlərdən sonra son vəziyyət ilə bağlı məlumat alıb.

Prezident Ərdoğan danışıq zamanı Türkiyənin Azərbaycana hərtərəfli dəstəyini bir daha ifadə edib.//APA



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}