8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribatı nəticəsində 6 Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olmuşdur. İkinci Qarabağ müharibəsi başa çatandan bu günə qədər 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olmuş və ya yaralanmışdır.Terror aktları bir daha göstərir ki, Ermənistan ordusunun qalıqları Azərbaycanın suveren ərazisindən çıxarılmalı, qanunsuz erməni silahlı dəstələri tərkisilah edilməli və xunta rejimi ləğv edilməlidir. Prezidentimiz xalqa müraciətində də vurğulamışdır “2020- ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistan üç il ərzində öz silahlı qüvvələrini, canlı qüvvəsini və texnikasını bizim ərazimizdən çıxarmamışdır.”
Sentyabrın 19-da Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir Erməni silahlı dəstələrinin ağır hərbi texnikası dəqiq zərbələrlə məhv edildi, ordumuzun bölmələri terrorçuların gizləndiyi yerlərə qədər sızaraq “təmizləmə’’ işləri apardı.Cəmi 24 saata 90-dan artıq döyüç mövqeyi və strateji əhəmiyyətli mövqelər nəzarətə götürüldü, yüzlərlə hərbi texnika sıradan çıxarıldı. Əfsuslar olsun ki, antiterror tədbirləri zamanı şəhidlərimiz olub.Onlar Vətən yolunda haqq-ədalət yolunda, Azərbaycanın suverenliyi yolunda öz canlarını fəda etmişlər.Onların əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.
Qarabağdakı tanınmayan hakimiyyət silahı yerə qoyaraq təslim olmağa və Azərbaycanın şərtləri altında Yevlax şəhərində görüşməyə hazır olduğunu bildirdi.Azərbaycan Yevlax şəhərində görüşü bir neçə aydır ki, təklif etsə də Qarabağ erməniləri belə bir görüşün üçüncü ölkə ərazisində keçirilməsini tələb edirdilər.
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində separatçıları Bakının şərtlərini qəbul etməyə məcbur vəziyyətə gəldiyini vurğulayıb. “Yevlax şəhərində Qarabağ icmasının nümayəndələri ilə təşkil olunacaq görüşdə biz gələcək ilə bağlı baxışlarımızı çatdıracağıq” prezident İlham Əliyev vurğulamışdır.
Prezident xalqa müraciətində bir daha bildirmişdir “Qarabağ Azərbaycanın ərazisidir və bütün dünya bunu tanıyır o cümlədən Ermənistan rəhbərliyi artıq bunu başa düşüb.Əgər vaxti ilə Qarabağ Ermənistandır və nöqtə deyirdisə, indi Qarabağ Azərbaycandır deyir və nəinki deyir hətta bizim ərazimizin ölçülərini də dilə gətirməyi unutmur.Bizə xor baxanlar , torpağımıza göz dikənlər heç vaxt unutmasınlar ki, dəmir yumruq yerindədir və hər zaman yerində olacaq.Onu da unutmasınlar ki, Qarabağ Azərbaycandır.!”
ŞəmsHəşimova
Suraxanı rayonu, 208 nömrəli tam orta məktəbin tarix müəllimi
Sozcu.info