ABŞ-dan İlham Əliyev-Paşinyan görüşü ilə bağlı SON DƏQİQƏ açıqlaması


“Birləşmiş Ştatlar hesab edir ki, Azərbaycan və Ermənistanın davamlı sülh sazişi əldə etməsi olduqca vacibdir”.

Sozcu.info xarici agentliklərə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

“Biz bir müddətdir bunun təbliğatını aparırıq. Biz açıq şəkildə dedik ki, hər iki tərəf çətin kompromislərə getməyə hazır olarsa, buna nail olmaq olar. Açığı, biz son bir neçə ayda belə bir şey görməmişik. Qeyd edim ki, Prezident Əliyev və baş nazir Paşinyan gələn həftə görüşəcəklərini açıqlayıblar. Biz onların görüşməsinin və nəticədə iki ölkə arasındakı uçurumu aradan qaldırmasının vacib olduğuna inanırıq”, - deyə Miller bildirib.

Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}