SON DƏQİQƏ! UNESCO İrəvana görə bunu da edəcək


Ermənistanın xahişi ilə UNESCO yaxın günlərdə İrəvana təcili missiya göndərəcək.

Sozcu.info bu barədə erməni mediasına istinadən xəbər verir.

Məlumatda deyilir ki, missiya Qarabağdan olan “qaçqınlar”ın qəbulunda təhsil yardımı göstərəcək.

UNESCO-dan bildirilib ki, bu, təhsilin davamlılığını təmin etmək və köçkün tələbələrə psixososial dəstək göstərmək məqsədi daşıyacaq.

İddia olunub ki, son günlər guya “100 mindən çox” insan Qarabağı tərk edərək Ermənistanda “qaçqın” vəziyyətinə düşüb. “Onların təxminən üçdə biri uşaq və yeniyetmələrdir” - xəbərdə iddia olunur.

Məlumata görə, oktyabrın 2-də Ermənistan UNESCO-dan təşkilatın təhsil sahəsində mandatı çərçivəsində bu əhali qruplarına yardım almaq və onlara yardım göstərmək üçün rəsmi müraciət edib. UNESCO-nun baş direktoru Odri Azule bu müraciətə “dərhal cavab verib”.

“Yaxın günlərdə UNESCO yerli hakimiyyət orqanları ilə birgə məcburi köçkün tələbələrin təhsilinin fasiləsizliyini təmin etmək üçün tədbirlər planı üzərində işləmək məqsədilə İrəvana ekspertlər qrupunu göndərəcək. Bu fəaliyyət planı tələbələrə çətin vəziyyətlərin öhdəsindən gəlməyə kömək etmək üçün müvafiq təlim mühitinin təmin edilməsinə, zənginləşdirmə və remediasiya proqramlarına çıxışa, psixososial dəstəyə yönəldiləcək. Yaxın vaxtlarda UNESCO bu təhsil təşəbbüslərinin həyata keçirilməsinə dəstək, o cümlədən maliyyə dəstəyini təmin etmək məqsədilə təhsil sahəsində beynəlxalq tərəfdaşların və donorların iştirakı ilə görüş təşkil etməyi də planlaşdırır” - məlumatda bildirilir.

Xatırladaq ki, Azərbaycanın dəfələrlə müraciət etməsinə baxmayaraq, UNESCO Qarabağdakı erməni vandalizmini araşdırmaq və maddi-mədəni irsimizin yer üzündən silinməsi, etnik təmizləmə və digər məsələlərlə bağlı faktlarla yerindəcə tanış olmaqdan ötrü missiya göndərməmişdi. Amma UNESCO missiyası ermənilərin “qaçqın-köçkün tamaşası”na baxmaq üçün qaçaraq gəlir… Bu, ikili standartın növbəti “nümunəsi”dir.

Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti