TƏCİLİ: Prezidentdən Zəngəzurla bağlı SON DƏQİQƏ AÇIQLAMASI: "Qayıdacağıq, amma ..."


"Zəngəzura da, əlbəttə ki, qayıdacağıq, amma sülh yolu ilə. Mən demişəm, məni bəziləri ittiham etməyə çalışırlar, mən dedim ki, biz oraya tanklarla yox, minik maşınları ilə qayıdacağıq".

Sozcu.info xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə səsləndirib.

"Ulu Öndər bunu deyəndə tam haqlı idi. Ancaq bilirsiniz, o vaxt işğal dövrü idi və bəziləri hesab edirdi ki, azərbaycanlılar bu işğalla barışacaq. Bəziləri belə çirkin təbliğat aparırdı xüsusilə xarici dairələrdə ki, biz bunu unutmuşuq, biz vəziyyətlə barışmışıq. O isə heç vaxt barışmırdı bu vəziyyətlə və bizə qoyduğu, necə deyərlər, bu yol da məhz azadlıq yolu idi, qurtuluş yolu idi. Ona görə biz bu tarixi Zəfəri çalandan sonra artıq bütün dünya gördü ki, O, o vaxt, o ağır dövrdə nə qədər haqlı idi", - dövlət başçısı qeyd edib.



Oxşar Xəbərlər

Xəbər lenti