8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Gürcüstandakı iki yüzə yaxın ictimai təşkilatı Avropa Komissiyasını ölkədəki mövcud problemlərə baxmayaraq, Gürcüstana Aİ-yə üzv olmaq üçün namizəd statusunun verilməsi ilə bağlı tövsiyə verməyə çağırıb.
Hurriyyet.az xəbər verir ki, təşkilatlar birgə bəyanat qəbul edib. Bəyanatda qeyd edilir ki, Gürcüstanın Aİ-yə üzvlüyü Gürcüstan vətəndaşlarının əksəriyyətinin “sarsılmaz seçimi və həyati marağı” çərçivəsindədir.
Sənədə imza atan QHT-lər hesab edir ki, bu gün namiz statusu əldə etmək üçün “12 tövsiyyə”nin həyata keçirilməsinin çətinlikləri aydın görünür, lakin bununla belə, Avropa seçimi vətəndaşları birləşdirən cəmiyyətin əsas istəyi olaraq qalır.
“2023-cü ilin martında biz Gürcüstan cəmiyyətini “Rusiya qanunu”na qarşı birləşdirə bildik, hansı ki, bu, Gürcüstan və Avropa İttifaqı arasında böyük divara çevriləcəkdi. Məhz bu səylər sayəsində həmin qanun ləğv edildi və gürcü xalqının gələcəkdə ölkənin Avropaya inteqrasiyanı müdafiə etməyə hazır olduğunu hər kəsə göstərmək mümkün oldu”, - bəyanatda vurğulanır.
Bəyanatı imzalayanlar hesab edirlər ki, statusun əldə edilməsi təkcə Avropa İttifaqına doğru bir addım olmayacaq, həm də “gürcü xalqına Rusiyanın Gürcüstandakı maraqları ilə daha yaxşı məşğul olmağa kömək edəcək”.
“Ölkəmizin avropalı sadiq və güclü dostlarına, xüsusən də Avropa Komissiyasına müraciət edirik. Gürcüstandakı problemlərə baxmayaraq, “12 prioritet”in həyata keçirilməsinin obyektiv qiymətləndirilməsi ilə yanaşı, 2023-cü ilin dekabrında Gürcüstana Aİ üzvlüyünə namizəd statusunun verilməsini xahiş edirik”, - bəyanatda deyilir.
Ülviyyə ŞÜKÜROVA
Hurriyyet.az