8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
1990-cı illərin əvvəllərində Azərbaycanla Ermənistan arasında baş vermiş Qarabağ münaqişəsində əfsuslar olsun ki, qarşı tərəf dünya birliyi tərəfində tanınan ərazilərimizi işğal etmişdi. İlk öncə işğalın səbəblərini biz heç bir zaman unutmamalıyıq: zəif idarəçilik, məmurların özbaşınalığı, ordu sahəsinin düzgün idarə olunmaması və ən əsasda zəif rəhbərlik. Bir ölkənin güclülüyü onu birləşdirən bir rəhbərdən çox asılıdır. 1993 – cü ildə Heydər Əliyevin rəhbərliyə qayıtması hər şeyi dəyişdirdi. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahalərdə: idarəçilik, təhsil, ordu, iqtisadiyyat sahəsində islahatlar aparıldı. Nəticədə,o zaman üçün anarxiyanın höküm sürdüyü əhali gəlirinin azaldığı Azərbaycan Cənubi Qafqaz regionunun ən inkişaf etmiş ölkəsi oldu. Lakin Qarabağ məsələsi həll olunmamış qalırdı. Bunun isə əsas səbəbi Heydər Əliyevin hər zaman vurğuladığı kimi biz müharibə yolu ilə istəmirik. Ancaq dünya birliyi BMT, ATƏT-in MİNSK qurupu zənn etməsin ki, biz bu məsələni unudub tarixin tozlu rəflərinə qoyacayıq. Heydər Əliyevin apardığı xarici siyasət əsasən, Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə yönəlmişdi. Heydər Əliyevin varisi Azərbaycan Prezdenti Ali baş komandanımız İlham Əliyev 2003-cü ildə rəhbərliyə gəldikdən sonra da Qarabağ siyasəti daha aktiv təbliğ edilməyə başlandı. Bir təhsil insanı olaraq Qarabağ siyasətinin məktəblərdə də təbliğini görmək hər zaman insanı sevindirirdi. Çünki məktəblər yeni nəsilin yetişdirilməsi ilə məşğul olur. Burda isə biz şagirdlərə Qarabağı unutdurmamaq Dövlətin əsas təhsil siyasətlərindən biri kimi qəbul edilmişdir. Uzun danışıqlar fayda vermədi. Səbəb isə qarşı tərəfin faşist siyasəti və dünya reallıqlarını qəbul etməməsi idi. Ermənistan tərəfi hətta öz havadarlarına güvənib 2016-cı ildə və 2020-ci ildə Azərbaycan torpaqlarına yeni hücumlar etmək istəyirdi. Lakin artıq Azərbaycan 90-cı illərin əvvəlindəki Azərbaycan deyildi. Heydər Əliyevin rəhbərliyi altında yetişəmiş güclü bir liderimiz İlham Əliyevin atdığı qətiyyətli addımlar ermənilərin bu hücumlarını dəf etmişdi. Lakin qarşı tərəfin zəifliyini qəbul etməməsi 2020-ci ilin sentyabr ayında bölgədə müharibənin başlamasına səbəb oldu. Azərbaycan tarixində 44 günlük zəfər müharibəsi kimi daxil olmuş bu hadisə Qarabağ regionunun düşmən tərəfindən tam azad olması Azərbaycanın öz ərazi bütövlüyünü tam formada təmin etməsi ilə nəticələndi. 44 günlük müharibə dövründə Azərbaycan ordularının baş komandanı İlham Əliyev dəfələrlə istər yerli, istərsə də xarici mediya vasitəsi ilə müharibəni dayandırmaq istədiyini,lakin bir şərt “Qarabağ işğaldan azad edilib Azərbaycan ərazisinə daxil olmalı”olduğunu bildirirdi. Nəhayət 2020-ci ilin 10 noyabr tarixində Rusiyanın vasitəçiliyi ilə üç tərəfli bəyanat imzalanır. Bununla da, Azərbaycan 90-cı illərin acı xatirəsini silmiş, zəfər yazmış bir xalqa çevrilir. Qələbənin əsas səbəbləri kimi isə mən güclü lider və güclü xalqda görürəm. İlham Əliyevin ilk öncə Azərbaycan ordusunda apardığı quruculuq və yenilənmə siyasəti Heydər Əliyevdən sonra dayanmamış və dahada irəli aparılmışdır. Bundan əlavə aktiv xarici siyasət ilk öncədə Azərbaycan – Türkiyə, Azərbaycan – İsrail tendensiyası əlaqələri dahada gücləndirilmişdir. 10 noyabr bəyanatı və regionda sülhün imzalanması bizlərə nə qazandıracaq? İlk öncə rifah. Məsələ ondadır ki, uzun illər davam edən münaqişə Qafqaz regionunu dünya mediyasında təhlükəli yerlərdən biri kimi qiymətləndirirdi. Ancaq sülhün imzalanması ilə bu regionda stabillik artmağa başlayacaq. Stabilliyin olması isə öz növbəsində bölgəyə investisiya axının dahada artmasına və regionda yaşayan insanlarının daha firavan həyat yaşamasına şərait yaradacaq. Uzun illər Azırbaycanda öz evlərindən didərgin düşmüş insanlarımız 1milyona yaxın məcburi insanlar nəhayət ki, öz dədə-baba torpaqlarına qayıdacaq. Qarabağ regionunun iqtisadi imkanlarının genişlənməsi. 30 ilə yaxın işğalda olan Qarabağ regionu dünyanın bütün investisiyalarından kənarda qalmışdı. İndi isə bu öz həllini tapmaqdadır. Bölgəyə investisiyaların qoyulması, təbii sərvətlərinin istifadə olunması və ən vacibi bölgənin dirçəlməsi başlayacaq. Sərhədlərimizin tam nəzarətə alınması. Uzun illər Azərbaycan Qonşu İran və Ermənistanla sərhədlərinin bir hissəsinə nəzarət edə bilmir və bu da öz növbəsində bu bölgədə qanunsuz məskunlaşmalara və bölgədə özbaşınalığa səbəb olurdu. Zəfər müharibəsi və 3 tərəfli bəyanat sayəsində Azərbaycan artıq bütün qonşuları ilə olan sərhədlərinə tam nəzarəti təmin edir. Nəqliyat və rabitə. Üç tərəfli bəyanatın sayəsində Azərbaycan özü üçün yeni nəqliyyat yolları ticarət yolları düzəltmək imkanı əldə etmişdir. Bunlardan isə ən vacibi artıq Naxçıvan MR ilə əlaqəmizin daha asanlaşmasıhesab olunur.Ceyran Novruzova
Suraxanı rayonu, 114 nömrəli tam orta məktəbin direktoru
Sozcu.info