Gürcüstan Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq: “Həyatları ilə risk edə bilmərik”

Sozcu.info xəbər verir ki, Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Tbilisinin Rusiyaya qarşı sanksiya məhduiyyətlərini tətbiq etməyəcəyini bəyan edib və bunun səbəbini açıqlayaraq deyib: “ölkə öz vətəndaşlarının həyatlarını və iqtisadi vəziyyətini risk altına ata bilməz”.

Bu barədə məlumatı “Sputnik Gürcüstan” agentliyi yayıb. Papuaşvili deyib: “Biz öz vətəndaşlarımızın həyatlarını və ölkənin iqtisadi vəziyyətini risk altında qoya bilmərik. Avropa İttifaqının istənilən üzvü də daxil olmaqla, heç bir ölkə bunu etməz. Onlar həmişə sanksiya tətbiq eləmək qərarını verərkən bunun nəticələrini də hesablayırlar”.

Onun sözlərinə görə, hazırda dünyada Gürcüstanın təhlükəsizliyinə təminat verəcək ölkələr yoxdur. Buna görə də ölkə yalnız özündən asılıdır.

Hürr Tərcüman



Oxşar Xəbərlər

Xəbər lenti