8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Milli Məclisin plenar iclasında “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində maliyyə naziri Samir Şərifov layihə barədə ətraflı çıxış edib.
Sozcu.info-nun xəbərinə görə, nazir bildirib ki, növbəti ilin dövlət büdcəsinin xərclərinin əsas prioritet istiqamətləri müdafiə və milli təhlükəsizlik, Qarabağa Böyük Qayıdış olacaq:
“Belə ki, müdafiə və milli təhlükəsizlik xərclərinə dövlət büdcəsinin xərclərinin 17,5 %-i həcmində və ya 6 milyard 421 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Bu da 2023-cü illə müqayisədə 366 milyon manat və yaxud 6 % çoxdur. Həmin vəsait ordumuzun qüdrətinin daha da artırılması, ölkə sərhədlərinin toxunulmazlığının təmin edilməsi, silahlı qüvvələrin döyüş hazırlığının və peşəkarlığının yüksəldilməsi, hərbçilərin sosial təminatının, xidməti şəraitinin daha da yaxşılaşdırılması istiqamətində maliyyə təminatını yaradacaq. Eyni zamanda Qarabağa qayıdış üçün isə dövlət büdcəsindən 10,9% və yaxud 4 milyard manat ayrılıb”.
S.Şərifov qeyd edib ki, Prezident İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycanın dövlətçilik əsasları daha da möhkəmlənib:
“Ölkəmizin neft-qaz resurslarından məharətlə istifadə olunub. Azərbaycan dövləti 3 ildir ki, işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərini sürətlə davam etdirir. Bu müddətdə dövlət büdcəsindən ayrılmış vəsaitlə yanaşı, əlavə gəlirlər də quruculuq işlərinə yönəldilib. İndiyə kimi həmin əərazilərin bərpasına ümumilikdə 11 milyard manat xərclənib, cari ilin sonuna bu vəsaitin 12 milyard manata çatması gözlənilir. Qarabağın və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına reinteqtrasiyası gələn illərdə də əsas priortet olacaq”.
Musavat.com