Ərdoğan İsraili Ermənistanla müqayisə edib


Sozcu.info xəbər verir ki, Türkiyə Prezidenti  R.T.Ərdoğan Yaxın Şərqdəki münaqişə nəticəsində İsrailin Ermənistanın Qarabağ münaqişəsində olduğu kimi məyusluqla qarşılaşcağını söyləyib.

Ərdoğan bu gün hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlament fraksiyasının üzvləri qarşısında çıxışında deyib: “Ermənistan illərlə bizim torpaqlarımızla bağlı xəyalların arxasınca qaçdı. Qarabağ müharibəsi ilə dərsini alıb yerinə oturdu. İndi də İsraili idarə edənlər bənzər xülyaları ifadə eləməyə başlayıblar. Heç narahat olmasınlar, min illərlə saysız-hesabsız xəyallar quranlar kimi onların da sonu məyusluq olacaqdır”.

Ərdoğan deyib: “İsrail bir terror dövlətidir. HƏMAS-ı terror təşkilatı adlandırırlar. Lakin HƏMAS Fələstində seçkilərdə qalib gəlmiş bir siyasi partiyadır. Hüquqlarını əlindən alıblar. İsrail ilə Amerika bu hüquqları birlikdə onlardan aldılar. Bu həqiqətləri görməliyik. Amma mənim ölkəmdə hələ də HƏMAS-ın siyasi partiya olduğunu bilməyənlər, anlamayanlar var. İndiyə qədər İsrail tərəfindən öldürülən 12 min nəfərə yaxın qəzzalıların üçdə ikisi qadınlarla uşaqlardır”.



Oxşar Xəbərlər

Xəbər lenti