Aİ-dən Gürcüstan və Moldova ilə bağlı gözlənilməz açıqlama


Sozcu.info xəbər verir ki, Avropa İttifaqı Gürcüstan və Moldovanın birliyə üzvlüyü ilə bağlı gözlənilməz açıqlama verib.

Avropa İttifaqının Xarici Siyasət Xidmətinin rəsmi təmsilçisi Peter Stano bildirib ki, Avropa İttifaqı Gürcüstan ilə Moldovanın birliyə qismən, Dnestryanı ərazilər, Abxaziya və Cənubi Osetiya olmadan qəbul edilməsi imkanını nəzərdən keçirə bilər.

Peter Stano deyib: “Gürcüstan ilə Moldovanın Avropadakı gələcəyi münaqişələrin girovuna çevrilə biləz. Bu, Avropa İttifaqının ən yüksək səviyyəsində təsdiqlənib”. O, Avropa İttifaqının bu ölkələrin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini vurğulayıb.



Oxşar Xəbərlər

Xəbər lenti