8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Hər qarışı babalarımızın ruhu ilə yoğrulmuş, havası, suyu dərman Vətənimin ən böyük parçası Kəlbəcərin düşmən işğalından azad edilməsinin 3 ili tamam olur. Adı “çay üstündə körpü” olan, tarixi qatları ilə qədim türk torpağı olan Kəlbəcər 1930-cu ildə inzibati rayon kimi təşkil edilmişdi. Hələ Sovet İttifaqı dönəmində bədnam qonşumuz Kəlbəcərin müəyyən bir hissəsinə irəli sürdüyü torpaq iddiasının qarşısını əməli addımlarla alan Ulu Öndər Heydər Əliyev ”Murov yolu” adlanan şose yolunu çəkdirmişdi.”Ot kökü üstə bitər” deyib atalarımız, indi Heydər Əliyevin varisi İlham Əliyev Kəlbəcəri vandal erməni təcavüzündən xilas edib yollar çəkir, yeni infrastruktur layihələr reallaşdırır.1993-cü il 2 aprel tarixində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edilmişdir. Hərbi cinayətləri ilə ad qazanmış təcavüzkar Ermənistan höküməti BMT Təhlükəsizlik Şurasının 30.04.1993-cü il tarixli 822 saylı Qətnaməsinə də məhəl qoymadan qanunsuz şəkildə 30 ilə yaxın müddətdə cənnət Kəlbəcərimizi istismar etmişdir. Amma haqq öz yerini tapdı. Müzəffər Ali Baş Komandan və polad iradəli Azərbaycan Ordusu düşməni məhv edib tez zamanda torpaqlarımızdan çıxardı. Humanist dəyərlərə həmişə sadiq Azərbaycan işğalçılara Kəlbəcəri tərk etmək üçün əlavə 10 gün müddət vaxt verdi. Halbuki, 1993-cü ildə erməni hərbi birləşmələri mülki əhalidən 10 saat ərzində ərazini boşaltmağı tələb etmişdi, dinc sakinlərə qarşı Başlıbeldə qətliam törətmişlər.2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.Kəlbəcərin Yanşaq, Zallar və Zar kəndlərinin yenidən bütün yaşayış imkanları ilə sakinlərin istifadəsinə verilməsi üçün böyük lahiyələr işlənib hazırlanmışdır.İşğaldan azad edildikdən sonra Prezident İlham Əliyev dəfələrlə Kəlbəcər səfər etmiş, onlarla sənaye müəssisəsinin, infrastruktur obyektlərin açılışında iştirak etmişdir.Bu gün artıq Kəlbəcər doğma sahiblərinə qayıdıb.Yaralarımızı sarmaqla, keçmişi unutmadan yenidən qızıldan dəyərli topaqlarımızı bərpa edirik. Dünyaya səs salacaq turizm məkanı Kəlbəcərin baş planı təbiətin bütün ecazkarlığını özündə birləşdirir. Azad edilmiş Kəlbəcər iki dəfə səfər edən Ali Baş Komandan İlham Əliyev Kəlbəcərin təbii enerji potensialını yüksək dəyərləndirmiş, gələcəkdə məkanın daha əlverişli olacağını bildirmişdi.Fərəh Hüseynova
Suraxanı rayonu, 141 nömrəli tam orta məktəbin direktoru
Sozcu.info