Avropa Şurası Parlament Assambleyasının qərəzli davranışı

XXI əsrdə yaşamağımıza baxmayaraq hələ də dünyada beynəlxalq riyakarlıq təzahürləri özünü büruzə verməkdədir. Avropa Şurasının Parlament Assambleyasının ölkəmizə qarşı nifrət aşılayan, mahiyyət etibarilə azərbaycanafobiyanı özündə ehtiva edən mövqeyi gözönündədir.

Azərbaycan Respublikası 2020-ci ildə Zəfər əldə edərək 30 ilə yaxın müddətdə erməni işğalı altında olan torpaqlarını azad etdi. Həm də ölkəmiz atdığı bu addımla BMT məlum 4 qətnaməsinin icrasını təmin etmiş oldu. Ancaq buna baxmayaraq bəzi xarici qüvvələr münaqişənin həll olunması reallığı ilə barışmaq istəmirlər. Onlar hesab edirlər ki, Cənubi Qafqazda sülhün əldə olunması onların regiona təsir imkanlarını zəiflədəcək. Belə riyakar siyasət yürüdən dövlətlərdən biri ele Fransadır.

AŞPA 2001-ci ildən bu təşkilata üzv olandan bəri ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə edilib. Qarabağ problemi həll olunub. Hazırda Avropada heç bir nüfuzu olmayan Avropa Şurasına Azərbaycanın ehtiyacı yoxdur. AŞPA Azərbaycana qarşı qərəzli və riyakar mövqe yürüdür. Azərbaycanı ittiham edirlər ki, guya Azərbaycanda insan hüquqları pozulur, jurnalistlərə və siyasi fəallara qarşı təzyiqlər edilir, seçkilərin keçirilməsində pozuntular müşahidə olunur. Sözsüz ki, AŞPA-nın anti-Azərbaycan kampaniyasında Fransanın rolu var. Təəssüfedici haldır ki, AŞPA kimi bir institut Fransa kimi səviyyəsiz və zəif bir ölkənin əlində siyasi alətə çevrilib. Azərbaycan imkan verməz ki, başqa ölkələr və təşkilatlar onun taleyini müəyyən etsin. AŞPA Azərbaycana qarşı əsassız və hüquqi əsası olmayan ittihamları davam etdirsə, Azərbaycanın həmin təşkilatda fəaliyyətini məqsədəuyğun hesab etmirem.

Almaniya da Fransa tərəfindən idarə olunur və ölkəmizə qarşı qərəzli, böhtan xarakterli addımların atılmasında almaniyalı deputatlardan istifadə olunur. Ona görə ki, Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsi ilə bağlı məsələni almaniyalı deputat Fran Şvabe irəli sürüb. Almaniyalı deputat Frank Şvabe Azərbaycana qarşı qərəzli bir məsələni gündəmə gətirəndə ilk növbədə öz ölkəsinin keçmişini xatırlasa, daha yaxşı olar.

Azərbaycan Qarabağ probleminin həllinə görə Avropa Şurasına üzv olmuşdu, bu gün Azərbaycan öz ərazi bütovlüyünü öz qüvvəsi hesabına bərpa edirsə və  Avropada heç bir nüfuzu olmayan Avropa Şurasına Azərbaycanın heç bir ehtiyacı yoxdur.

C.Borrel bu günlərdə Brüsseldə keçirilmiş Aİ Xarici Əlaqələr Şurasının yekunlarına dair mətbuat konfransı zamanı yenə də erməni sevgisini açıq-aşkar nümayiş etdirib. “Ermənistanın ərazi bütövlüyünün hər hansı pozulması yolverilməzdir. Bu, Azərbaycanla münasibətlərimiz üçün ciddi nəticələrə səbəb olacaq”, - deyən Borrelin ölkəmizə qarşı qərəz nümayiş etdirməsi ilk hal deyil. Bundan əvvəl də 2023-cü il aprelin 23-də Azərbaycan Respublikası tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulandan sonra Qərb təsisatları, habelə AŞPA dəfələrlə Azərbaycandan həmin sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsini, dolayısı ilə Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınmamasını tələb edib. Demokratiya be olmur ay Aİ rəsmisi. Əslində Sizlər Qarabağın azad olunması, suverenliyin tam bərpa edilməsi faktı ilə barışa bilməməniz, Ermənistana hər vasitə ilə dəstək olmaq siyasətindən irəli gəlir demokratikliyinizdən deyil.

Ölkəmizin mümkün təhdidlərə və təziqlərə rəğmən uğurlu və dinamik şəkildə öz iqtisadi inkişaf xəttini uğurla  davam etdirməsi,  regionda, eləcə də dünyada artan nüfuzu və əldə etdiyi uğurlar, dünya siyasətində öz dəsti xətti olması  təəssüflər olsun ki, dünyadakı, xüsusilə də Avropadakı bəzi siyasi təşkilatları çox narahat edir, onlar tərəfindən qısqanclıqla qarşılanır. İqtisadi gücüə malik olmaqla yanaşı, həmçinin, Avropanın enerji təhlükəsizliyinin təminatçısı rolunda çıxış edir. Azərbaycanımızın rəhbərliyi ilə böyük regional layihələr reallaşıb. Bütün bunlar isə Avropa Şurası kimi təşkilatların təşvişinə səbəb olub. Odur ki, Azərbaycan üçün nəinki AŞPA-da səsinin dondurulması, bu qurumun özü belə heç bir əhəmiyyət kəsb etmir.

Sevinc Hacızadə

Suraxanı rayonu, 79 nömrəli tam orta məktəbin direktoru

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti