18-08-2025, 13:24
4-08-2025, 08:32
13-07-2025, 14:49
4-07-2025, 23:20
3-07-2025, 22:15
Əvvəllər Abdallar adlandırılan, 1924-cü ildən isə şəhər statusu alan Laçın şəhəri 1930-cu ildən rayon mərkəzi olub. XX əsrdə Azərbaycanın tanınmış yazıçılarından biri olmuş Tagı Şahbazi Simurq yaxınlıqdakı dağın adını şəhərə verib. Laçın sözü "məğrurluq" mənasındadır. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır. Ümumi sahəsi 1835 kvadrat kilometri olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir.
Laçın rayonu Azərbaycanın qərbində, Kiçik Qafqazın qoynunda yerləşən, həm təbii sərvətləri, həm də strateji mövqeyi ilə seçilən mühüm bir bölgədir. Buradan keçən “Laçın dəhlizi” Ermənistanı Xankəndi ilə birləşdirən əsas yol olduğuna görə rayon hər zaman hərbi və siyasi baxımdan böyük əhəmiyyət kəsb etmişdir. İşğaldan əvvəl Laçın rayonunda 60 minə yaxın əhali yaşayırdı və burada həm kənd təsərrüfatı, həm də sənaye sahələri inkişaf etmişdi.
Müasir dövlətçilik tariximizə qızıl hərflərlə yazılmış Şanlı Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qüdrətli Azərbaycan ordusu düşmənə layiqli, sarsıdıcı zərbə vuraraq 30 il ərzində işğal altında qalan torpaqlarımızı işğaldan azad etdi və tarixi ədalət bərpa olundu.
Prezident cənab İlham Əliyevin tarixi Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən mühüm addımlarından biri 31 iyul 2023-cü il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamıdır. Bu sənədə əsasən artıq üçüncü ildir ki, 26 avqust Laçın Şəhəri Günü kimi qeyd edilir. Təbii ki, şəhər günlərinin təsis edilməsi özündə mühüm çağırışları ehtiva edir. Bu günlər indiki və gələcək nəsillərə tarixi Zəfərimizə gedən yolun reallıqlarını çatdırmaqla yanaşı, artıq işğal deyil, torpaqlarımızın azad edildikləri tarixi yaddaşlarına əbədi həkk etməyi bir tələb kimi qarşıya qoyur. Dövlətimizin başçısı cənab İlham Əliyevin çıxışlarında qeyd etdiyi kimi, 44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Biz hər gün irəli gedirdik. Bir dənə də olsun döyüş meydanını tərk edən olmamışdır. Bir dənə də olsun fərari olmamışdır. Bu, onu göstərir ki, bütün xalqımız və Silahlı Qüvvələr Vətən uğrunda ölümə getməyə hazır idi.
Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi daim xalqımızın yaddaşında yaşayacaqdır. Azərbaycan xalqı bu zəfəri qazananları və bu möhtəşəm tarixi yaradanları heç vaxt unutmayacaqdır
Qurbanəli İslamov
Suraxanı RİHB-nin Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, 2-ci Qarabağ müharibəsi qazisi
Sozcu.info