8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ötən ilin oktyabrından bəri Qəzzada artıq soyqırım siyasəti tətbiq edilir.
Sozcu.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Haliç Universitetində çıxışı zamanı deyib.
“Tayyib Ərdoğan necə ki, Qəzza ilə bağlı 15 il əvvəl “one minute” (bir dəqiqə) dedisə, bu gün də eyni yerdə dayanmaqdadır. İsrail rəhbərliyi artıq Hitlerin, Mussolininin yolunu getməkdədir. Biz Qəzzada qətliamlara səbəb olanların beynəlxalq hüquq qarşısında cavab verməsi üçün əlimizdən gələni edirik”, - Türkiyə lideri bildirib.
Xatırladaq ki, 2009-cu ildə Davosda təşkil edilən Dünya İqtisadi Forumunda İsrailin mərhum prezidenti Şimon Pereslə hələ o zaman Türkiyənin Baş naziri vəzifəsini icra edən Rəcəb Tayyib Ərdoğan arasında gərginlik yaşanıb. Ş.Peresin işlətdiyi “Qəzza və Yaxın Şərqdə sülh” sözlərinə Ərdoğan sərt münasibət göstərərək ingilis dilində “one minute” deyərək çıxış üçün vaxt istəyib. Türkiyə lideri sərt şəkildə iradını bildirdikdən sonra zalı tərk edib.
axar.az