Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
İlham Əliyev Trampa təşəkkür etdi
Cavid Qurbanov bu xanıma yüksək VƏZİFƏ VERDİ
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi -
Fotolar
Flora Kərimova ilə bağlı üzücü xəbər
Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb
Kişi SMS üstündə arvadını parkda döydü, cinayət məsuliyyətindən azad edildi
İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
Foto
Neft bazarında SON DURUM –
Qiymətlər belə dəyişdi
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
Zaur Kamaldan dələduzluq xəbərdarlığı
Dayı bacısı qızının evindən qızıl oğurladı
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
ÇÖRƏK
Hekayə
1990-cı il hadisələri. Elan olunmamış müharibə gedir. Əfqan saqqallıları Azərbaycanın köməyinə gəlib. Gündə günahsız insanların qanı axıdılır. Cəbhə xəttinə yaxın kəndlərin birində Şəmil baba adlı bir ixtiyar yaşayır. Kənd içərisində ağsaqqal kimi böyük hörmət və nüfuza malik Şəmil babanın oğlanlarından biri Arif leytenant kimi bölük komandiri, o biri oğlu Aqil isə sıravi əsgər kimi döyüşürdü.
Şəmil baba hər gün cəbhə xəttinə gedir, oğlanlarına, o cümlədən əsgərlərə baş çəkir, bəzən elə olur ki, axşama kimi əsgərlərin yanında qalır.
Bir gün yenə adəti üzrə əsgərlərin yanına gələn Şəmil babanın gözünə bir qız sataşdı. Qız kənarda dayanıb hönkür-hönkür ağlayırdı. Şəmil baba qıza yaxınlaşdı və qızın nə üçün ağladığını soruşdu. Gözünün yaşını silib qız maddım-maddım Şəmil kişinin üzünə baxdı. Şəmil kişi başa düşdü ki, qız Azərbaycan dilini bilmir. Şəmil kişi erməni dilini çox yaxşı bilirdi.
Şəmil baba qızla söhbət zamanı öyrəndi ki, qız sərhəddə yerləşən erməni kəndində yaşayan Simonun gəlnidir.
- Qızım, qaynatan Simonun azərbaycanlı dostu olubmu?
- Mən bildiyimə görə qaynatamın Şəmil dayı adında bir azərbaycanlı dostu olmalıdır.
- A qızım, qaynananın adı Marquşdur?
- Bəli, dayıcan. Siz haradan tanıyırsınız? – deyən qızın rəngi bir az açılmışdı.
- Qızım, qaynatan Simonun dostu Şəmil dayı mənəm. Qaynatanla çox çörək yemişik. Qorxma, qızım, Şəmil baba bir adamla çörək kəsdisə, ölsə də o çörəyi ayaqlamaz. Elə hesab et ki, öz atanın yanındasan. Burada bir adam da sənin xətrinə dəyə bilməz. Yaxşı, indi de görüm sən hara, bura hara? Yoxsa, əsir düşmüsən? Şəmil baba maraqla qızın cavabını gözlədi. Qız Şəmil babanın boynuna sarılaraq ağlaya-ağlaya «Əmi, məni buraya qaynım Karapet gətirib» - dedi.
- Qaynın Karapet səni buraya nə üçün gətirib? Şəmil kişinin az qaldı gözləri hədəqədən çıxa.
- Əmi, məni bağışla. Mənim toyum təzə olub. Qaynatam, qaynanam toya getmişdilər. Təzə gəlin olduğum üçün məni toya aparmadılar. Aradan bir az keçmiş qaynım Karapet maşınla evə gəldi. Əvvəlcə evi, sonra isə həyət-bacanı nəzərdən keçirməyə başladı. Bir az keçmiş maşına əyləşib mənə dedi:
- Gəl, otur maşına.
- Maşına nə üçün oturum? Hara gedirik? – soruşdum.
- Toya getmişdim. Atam da, anam da dedi ki, get Rimanı da toya gətir. Mən də onun üçün gəlmişəm.
- Karapetin ətrafa boylanması ürəyimdə şübhə yaratsa da bir söz demədən keçib maşında əyləşdim. Əmi, Karapet məni gətirib bir saqqallı əfqana satdı. Əvəzində əfqan ona çoxlu pul verdi.
Şəmil kişinin az qaldı ürəyi dayana. Bir təhər özünü toxtadıb kənarda durub baxan oğlu Arifə tərəf çönüb dedi:
- Ay oğul, məni başa sal görüm bu qızın dedikləri doğrudurmu? – deyən Şəmil kişi qızın dediklərini Arifə dedi.
- Qız düz deyir, dədə. Qaynı olub-olmadığın bil-mirəm. Bir erməni əsgəri bu qızı gətirib bax o kənarda dayanan (Arif əli ilə aralıda dayanıb onlara baxan əfqanı göstərdi) oğlana satıb.
- Bah atonnan, oğraşlığa bax. Adam nə qədər alçaq ola ki, qardaşı arvadını gətirib pula sata. Bəs, niyə oğraşı güllələmirdiniz? – deyən Şəmil kişi, hirslə Arifin üstünə yeridi. Sanki günahkar Arif idi.
Atasının xasiyyətinə bələd olan Arif bir az geri çəkilərək:
- Dədə, mənim xəbərim olmayıb. – dedi.
- Qız bura nə vaxt gətirilib?
- Bu səhər, bir də gördük ki, əfqan bir qızı qabağına qatıb gətirir. – dedi Arif.
- Qıza toxunmayıblar ki? – baxışları ilə yanında dayanıb tir-tir uçunan qıza işarə etdi Şəmil baba.
- Yox, ata!
Şəmil kişi sevincək dilləndi:
- Arif, öyrən gör əfqan nə qədər pul verib qızı alıb.
- Dədə, 5 min ABŞ dolları.
- Arif səhv etmisiniz. Hansı millətdən olursa olsun, Karapet kimi oğraş adamların torpaq üstündə yaşamaq haqları yoxdur. Tez evə get, 6 min dollar pul gətirib əfqana ver.
- Nə üçün, dədə? - Arif maraqla soruşdu.
- Oğul, bu qız mənim dostum Simonun gəlnidir. Simonla mən pudla duz-çörək kəsmişəm. O çörəyi mən ayaqlaya bilmərəm. Bu gün düşmən olsaq da, dostluğa, çörəyə xəyanət eliyə bilmərəm. Həm də əfqan elə başa düşməsin ki, biz qızı zorla onun əlindən alırıq. Gərək hər şeydə bir halallıq ola. Get, tez pul gətir. – Şəmil kişi amiranə şəkildə Arifə dedi.
Arif gətirib pulu əfqana verdi.
- Arif, axşam şər qarışanda mən qızı aparıb Simona verəcəyəm.
Şəmil kişi məsələni qıza da dedi. Qız sevindiyindən yerə yıxılıb Şəmil kişinin ayaqlarından öpmək istədisə də Şəmil kişi qızın qolundan tutub ayağa qaldırdı.
- Qızım, lazım deyil. Sənə dedim ki, qaynatanla çörək kəsmişəm. Qorxma, səni sağ-salamat aparıb qaynatana verəcəyəm dedi.
- Ay ata, ermənilər etibarsız, səxavətsiz insanlardı. Gedərsən, səni orada öldürərlər. Arif dedi.
- Qorxma Arif. Mən gizli yol bilirəm. Meşə ilə gedəcəyəm. Siz mənə görə narahat olmayın. – deyən Şəmil baba qızı da götürüb xəlvət meşə ilə yolu əlinə aldı. Artıq gecə idi. Simonun evinin qapısına çatdılar. Lakin qapı bağlı idi. Qız açarın yerini bilirdi. Açarı götürüb qapını açdı və otağa daxil oldular. Bir az keçmiş çöldə Simonun səsi gəldiyini eşidən Şəmil baba qızı tez o biri otağa keçirdi və özü stolun arxasına keçib oturdu.
Arvadı ilə otağa daxil olan Simon otaqda Şəmili görcək ayaq üstə donub qaldılar. Simonla Marqusun özünü itirdiyini görən Şəmil kişi: «Ə, Simon, deyəsən özünü itirdin. Qorxma, mənəm, Şəmil», - deyərək ayağa durub Simona tərəf gəldi.
Bir təhər özünü cəmləyən Simon:
- Ara, axber, Şəmilcan, sən hara, bura hara. Ara bura necə gəlmisən? – deyib dostunu qucaqladı.
- Nə bilim, Simon, elə yadıma düşdün, gəldim ki, görüm necəsən.
- Ara, Şəmil, yaxşı eləmisən, gəlməkdə. Bir az kefimiz yoxdu.
- Nə olub, Simon?
- Ara, Şəmil, dünən toya getmişdik. Gəlini evdə qoymuşduq. Gəlin necə olubsa, tapa bilmirik. Gəzmədiyimiz yer qalmayıbdı. – deyən Simon ağlamağa başladı.
- Ağlama Simon, ağlama, - deyən Şəmil ayağa durub o biri otağın qapısını açıb Rimanı çağırdı. Otağa daxil olan gəlini görəndə Simonla arvadı çaş-baş qaldılar. Ər-arvad gəlini qucaqlayıb ağlamağa başladılar. Gəlin də onlara qarışmışdı.
- Yaxşı sakitləşin! – Şəmil kişi sakitlik yaratdı və əhvalatı danışmağa başladı.
- Axçi, Rima bunlar hamısı düzdür. Simonla arvadı soruşdu. Rima hadisəni olduğu kimi qaynatası ilə qaynanasına danışdı.
- Siz, oturun, mən tez gedim Rimanın atası Tiqranı çağırım. Yazıq kişi az qalıbdı ki, dəli olsun. Simon çölə çıxdı.
Marquş tez çay hazırlamağa başladı.
Bir az keçmiş Simon Tiqranla qapıdan içəri girdi. Qapıdan girən kimi Tiqran Şəmilin ayaqlarına yıxıldı və başladı «Ara, Şəmil, başına dönüm. Balamı qaytardın. Mən sənin yaxşılığından nə cür çıxım» deyib ağlamağa başladı.
Şəmil Tiqranın qolundan tutub ayağa qaldırdı və dedi:
- Tiqran, mən Simonla neçə illər duz-çörək kəs-mişəm. O çörəyə heç vaxt xəyanət eləmək olmaz. Bu mənim dostluq borcumdu. Arxayın ol, Rimaya heç bir əl də toxunmayıbdı. İndi icazə verin mən gedim. Səhərə az qalıbdı.
- Ara, Şəmil, otur, yemək yeyək sonra gedərsən.
- Yox, sağ olun. Getməliyəm. Mənim burda olduğumu bilərlər, sizə də yaxşı olmaz. Şəmil ayağa durdu.
- Allah bunların evini yıxsın. Yaxşıca dolanırdıq. Bu köpək uşağı bizi düşmən elədi. – deyən Simon Tiqranla birlikdə çölə çıxdılar və ətrafı nəzərdən keçirib Şəmili çağırdılar. Hər üçü gecənin qaranlığında yox oldular. Sərhəd xəttində Tiqranla Simon: «Ara, Şəmil, biz ölüncə sənə borcluyuq» deyib ağladılar.
- Heç bir borcunuz yoxdur mənə. Arada duz-çörək var, Simon.
- Ara, mənim namusumu qoruduğun üçün başım da sənin yolunda qurbandı, Şəmilcan. Qurban olum sana. Şəmil can, sənin qoruduğun namusun hesabını namussuz Karapetdən çəkəcəyəm. Get, sənə yaxşı yol, mənim dostum. Simonla Tiqran Şəmili sərhəddən keçirib geri qayıtdılar.
***
Aradan 3-4 gün keçmişdi. Karapet günortaya yaxın evə gəldi. Avtomatı yerə qoyub əl-üzünü yuyub stolda əyləşdi. Marquş oğluna çay gətirdi.
- Ana, niyə kefin yoxdur? Gözümə birtəhər dəyirsən. Karapet soruşdu.
- A bala, biz toya gedəndə gəlini evdə qoyub getmişdik. Həmin gündən Rima yoxa çıxıb. Tapa bilmirik.
- Bəs necə olub? Bəlkə başqasına qoşulub qaçıbdı. – Karapet dedi.
- Qəflətən boğazına keçən sivirtmə Karapeti stoldan yerə yıxdı və boğulmağa başladı.
- Ara, köpək oğlu, Rima başqasına qoşulub qaçmayıb, aparıb 5 min dollara əfqana satmısan. – deyən Simon boğulan Karapeti sürüyərək yaxınlıqdakı beton dirəyə bərk-bərk sarıdı. Yaxında olan vedrəni götürüb Karapetin üstünə tökdü, cəld kibriti çəkdi və atmağı ilə alovun göyə qalxması bir göz qırpımında baş verdi. Rima, Rima, çölə çıx. – Simon gəlininin çağırdı.
Çölə çıxan Rima alovun içərisində Karapeti tanıyıb ona sarı yüyürdü. Simon tez gəlininin qabağına keçdi və dedi:
- Onun cəzası ancaq budur, qızım.
Rima Simonu qucaqlayaraq ağlaya-ağlaya kənarda dayanıb səssiz ağlayan qaynanasını göstərdi və dedi:
- Onu gərək anasına bağışlayaydınız.
Rimanın gözlərinin yaşını silən Simon:
- Qızını, qardaşının namusunu satan adamı heç cür bağışlamaq olmaz. – dedi.
Oxşar Xəbərlər
Yevlaxda ana və 3 yaşlı oğlu kanala düşdü, uşaq öldü
Bakıda 27 yaşlı kişi üstünə benzin tökərək özünü yandırdı
“Erməni desantı” Bakıdan qovuldu
Nəzir Qutusu
Xəbər lenti
Avqust ayının qeyri-iş günləri-
Təqvim
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
İlham Əliyev Trampa təşəkkür etdi
Cavid Qurbanov bu xanıma yüksək VƏZİFƏ VERDİ
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi -
Fotolar
Flora Kərimova ilə bağlı üzücü xəbər
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb
Kişi SMS üstündə arvadını parkda döydü, cinayət məsuliyyətindən azad edildi
İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
Foto
Neft bazarında SON DURUM –
Qiymətlər belə dəyişdi
Bu ərazilərdə işıq olmayacaq
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
TƏCİLİ! Xankəndidə partlayış: Ölən var
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
Yeni 100 manatlıqlar tədavüldə -
Taleh Kazımovun imzası ilə
Bakıda güclü külək əsəcək, bu rayonlara leysan yağacaq -
Sabahın havası
Zaur Kamaldan dələduzluq xəbərdarlığı
Dayı bacısı qızının evindən qızıl oğurladı
Azərbaycanın ilk masonu kim olub? –
Tarixin gizli səhifəsi açıldı
Heydər Əliyevin siyasi hakimiyyətə ilk gəlişinin ildönümü Beyləqanda qeyd edilib
-Fotolar
21 nömrəli bağça bağlanır? -
Təhsil İdarəsindən açıqlama
Sükan arxasında yuxulayan sürücü maşını körpüdən aşırdı -
Yol polisindən XƏBƏRDARLIQ
IV Şuşa Qlobal Media Forumu başa çatdı
İlham Əliyev Makrona: Dövlətlərarası münasibətlərimizdə yeni dövr başlayır
Pensiya ödənişlərinə yönəldilən vəsait 3,9 milyard manata çatdı
İşğal dövründə güllələnmiş büstlərə baxdılar -
Fotolar
İlham Əliyev Slovakiya Prezidentinə təşəkkür etdi
Tramp İranla bağlı xalqa müraciət edəcək
Bu ölkədə güclü zəlzələ baş verdi
Kəlbəcərdə çaya düşən yeniyetmənin axtarışları aparılır -
TƏFƏRRÜAT
“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
Beynəlxalq dil sertifikatları tanınmır? —
DİM-dən açıqlama
Səfər ayı iyulun 15-də başlayacaq
Sabahdan hava kəskin dəyişir:
Leysan yağacaq, dolu düşəcək
Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın - DİN çağırış edir
DİN çağırış edir
Polkovnik BYD aldı, işə düşdü: “Tapa bilmirəm”
Bakıda hoteldə FACİƏ:
Gənc işçinin ürəyi dayandı
Qurban Qurbanov onunla bağlı QƏRAR VERDİ
Hansı fənnin müəllimləri daha yaxşı nəticə göstərdi? -
Rəsmi Açıqlama
Safurə 4-cü dəfə ana olacaq -
Foto
Etnik ayrı-seçkiliyin yolverilməzliyi və vətəndaş həmrəyliyinin vacibliyi barədə bəyanat
-Əli Babayev
Müharibədən sonra Rusiyanın taleyi necə olacaq?
-Xəqani Cəfərli yazır
Bu ərazilərdə işıq olmayacaq
ABŞ ordusu Hörmüzdən onlarla gəmi keçirir
İlham Əliyev:
Qonşularla əlaqə olmadan tranzit ölkə olmaq mümkün deyil
Neft bazarında böyük həyəcan: Qiymət birdən-birə 3 dollar...
Zibil qabını qətiyyən bu 5 yerə qoymayın
PRİZMA
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Avqust ayının qeyri-iş günləri-
Təqvim
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Bu ərazilərdə işıq olmayacaq
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
Yeni 100 manatlıqlar tədavüldə -
Taleh Kazımovun imzası ilə