8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Türkiyə Ticarət Nazirliyi bu gün səhər saatlarında İsrailə ixracın aprelin 9-dan etibarən məhdudlaşdırılacağını açıqlayıb.
Sozcu.info-nun xəbərinə görə, nazirliyin açıqlamasında bildirilib ki, məhdudiyyət qərarı armaturdan polada, mərmərdən keramikaya qədər 54 məhsul qrupunu əhatə edir.
AFP xəbər agentliyi sözügedən qərarın İsrailin Türkiyənin Qəzzaya hava yardımı göndərmək istəyini rədd etməsindən sonra gəldiyinə diqqət çəkib.
Türkiyənin sanksiya qərarına ilk reaksiya İsraildən gəlib. İsrail Xarici İşlər Nazirliyi Türkiyəni kommersiya razılaşmalarını birtərəfli qaydada pozmaqda ittiham edib və lazımi addımların atılacağını açıqlayıb.
İsrailin xarici işlər naziri Yisrael Katz da əks ixrac siyahısı hazırlayacaqlarını açıqlayıb və ABŞ-dakı təşkilatlarla əlaqə saxlayacaqlarını, Türkiyəyə investisiyaların dayandırılmasını istəyəcəklərini bildirib. Katz Vaşinqtondan Ankaraya sanksiya tətbiq etməyi tələb edəcəklərini də açıqlayıb.
Musavat.com