8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sozcu.info xəbər verir ki, İranın ali dini lideri Ayətullah Xamenei 10 aprel tarixindəki bayram xütbəsində açıq şəkildə İsraili təhdid edib.
O, öz çıxışında İsraili cəzalandıracağını belə ifadə edib: "Onlar konsulluğumuza hücum edəndə sanki torpaqlarımıza hücum etdilər. İsrail rejimi səhv etdi. Onlar cəzalandırılmalıdır və cəzaları veriləcək".
Bundan sonra İranın dini lideri Ayətullah Xamenei heç zaman etmədiyi bir hərəkəti də həyata keçirib. O, İranın hər şeyə, hətta müharibəyə də hazır olduğunu nümayiş etdirəcək bir foto yayınladıb.
Fotodan da göründüyü kimi, dini lider avtomat silahdan yapışaraq öz xütbəsini və İsrailə, Amerikaya yönəlik bəyanatlarını ifadə edib. Bu da açıq şəkildə müharibə təhdidi sayılır.
Musavat.com