TƏBİB-ə yeni müşavir təyin edildi
Zelenski ilə Ərdoğan İstanbulda görüşdü
Rusiya ordusu bazarı BOMBALADI: Ölənlər və yaralılar var -
FOTO
Əli Əsədov MÜHÜM müşavirə keçirdi:
tapşırıqlar verdi
Xamenei Rusiyaya gedib?
Sumqayıtda kişi bıçaqlanıb, qardaşı şübhəli bilinir
“Qardaşım Pezeşkianın təşəkkürünü xalqımız yüksək qiymətləndirir”
Kartınızı bankomata taxmazdan əvvəl bunu edin
Prezidentin tapşırığı: İrana humanitar yardım yola salınır -
FOTOLAR
Pezeşkian:
Qardaşım İlham Əliyevlə söhbətdə Azərbaycana təşəkkürümü bildirdim”
ABŞ-nin ikinci təyyarəsi də qəzaya uğradı
Putin Ərdoğanla danışdı
Əvvəlki
Sonrakı
“HƏR DƏFƏ EPŞTEYN İŞİ QALXANDA DÜNYADA BOMBALAR PARTLAYIR”
-Fransa Senatının üzvündən ŞOK İTTİHAMLAR
28-03-2026, 23:18
TANINMIŞ İŞ ADAMI HƏBS EDİLDİ
- Tale Heydərovun 1 milyonunu ələ keçirib + FOTO
17-03-2026, 15:20
ABŞ-nin müharibə xərci artır - Yeni rəqəm açıqlandı
12-03-2026, 11:28
İran müharibəsi bu tarixdə bitəcək
11-03-2026, 17:52
İran ağırlığı 1 tondan çox olan döyüş başlıqlı raketlərdən istifadə etmək niyyətindədir
10-03-2026, 11:35
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
İrandan Azərbaycana böyük dəstək -
düşmənin yeganə “nəfəsliyi” kəsilir
İrəvanın terrorçu və işğalçı siyasətini heç bir bölgə dövləti müdafiə etmədi; Tehran da “Qarabağ Azərbaycandır” dedi; politoloq: “Azərbaycan-İran münasibətləri bundan sonra daha da inkişaf edəcək, biz regionda bütün məsələlərdə ortaq mövqelərdən çıxış edəcəyik”"
İran İslam Respublikasından Azərbaycana ən yüksək səviyyədə verilən dəstək rəsmi Bakı tərəfindən təqdir olunub. Həmçinin Azərbaycan xalqı müsəlman qonşumuzun Ali Rəhbəri və Prezidenti tərəfindən ərazi bütövlüyümüzlə bağlı birmənalı mövqe ifadə olunmasını məmnunluqla qarşılayıb.
“Ermənistan işğal etdiyi Azərbaycanın bütün ərazilərini Azərbaycana qaytarmalıdır”. Bunu İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei müraciətində bildirib. S.Ə.Xameneinin sözlərinə görə, bununla da Azərbaycan əraziləri işğaldan azad edilməlidir. Xamenei əlavə edib ki, beynəlxalq sərhədlərə riayət olunması zəruridir. Ali Lider qeyd edib ki, bu torpaqlar Azərbaycana məxsusdur və Azərbaycan öz torpaqlarını azad etməkdə haqlıdır.
İran prezidenti də ortaya qəti və prinsipial mövqe qoyub. “Ərazi bütövlüyünün təmin olunması Azərbaycan xalqının hüququdur”. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında deyib. “Coğrafi sərhədlərin dəyişməsini istəmirik. Ərazi bütövlüyünün təmin edilməsi Azərbaycan xalqının hüququdur”, - deyə İran prezidenti vurğulayıb. H. Ruhani qeyd edib ki, İran Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir. O, İran Xarici İşlər Nazirliyinin (XİN) münaqişənin həlli ilə məşğul olduğunu da bildirib.
İran Ali Rəhbəri və prezidenti tərəfindən ərazi bütövlüyümüz və suverenliyimizin müdafiə olunması, sərhəd toxunulmazlığının bərqərar olunması barədə konkret mövqeyi işğalçı Ermənistana “tərs şillə” kimi qiymətləndirilə bilər.
Azərbaycan XİN Tehrandan gələn dəstək bəyanatını yüksək qiymətləndirib.
“İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyyid Əli Xamenei tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı verilən açıqlamanı və Azərbaycanın ərazi bütövlüyünə verilən dəstəyi yüksək qiymətləndiririk.
”Azərbaycanın Ermənistanın tərəfindən işğal olunmuş ərazilərinin hamısı azad olunmalıdır və bütün bu ərazilər Azərbaycana qaytarılmalıdır" deyən Ali Rəhbər Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq mövqeyinə İran İslam Respublikasının qəti dəstəyini növbəti dəfə bəyan edib".
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
“Dost İran dövlətinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində səylərini, o cümlədən İran İslam Respublikası Prezidentinin xüsusi elçisi, xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçi bölgəyə səfəri və münaqişənin tezliklə həllinə dair təşəbbüslə çıxış etməsini yüksək dəyərləndiririk. İnanırıq ki, ölkələrimiz arasında tarixi köklər üzərində qurulmuş əlaqələrimiz gələcəkdə də uğurla inkişaf edəcək və bu əlaqələr, o cümlədən bölgədə sülh, sabitlik və rifahın təmin olunmasına xidmət edəcəkdir”, - məlumatda deyilir.
Qeyd edək ki, bugünlərdə İran prezidentinin xüsusi elçisi, İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi əvvəlcə Bakıya, daha sonra Moskva və İrəvana səfər etmişdi.
“Rəsmi Tehran Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçi olmağa hazırdır və ümid edir ki, onun planı davamlı sülhə nail olmağa imkan verəcək”.
“Sputnik Azərbaycan” xəbər verir ki, bunu cənab Əraqçi "RİA Novosti"yə müsahibəsində bildirib. “Bu məsələnin vacibliyi və İran İslam Respublikasının hər iki ölkə - həm Ermənistan, həm də Azərbaycanla yaxşı münasibətlərinin olması, həmçinin xüsusi şərtlər və bu regionun həssaslığını nəzərə aldıqda, İran İslam Respublikası həmişə ciddi şəkildə atəşkəsin bərqərar olması, dialoqun başlanmasına və sülh və əmin-amanlığın yaranmasına töhfə verməyə hazır olduğunu bildirib”, - deyə Əraqçi “İran Dağlıq Qarabağ münaqişəsində vasitəçi olmağa hazırdırmı?” sualına cavab verərkən bildirib.
Azərbaycanın xarici işlər nazirinin müavini
Xələf Xələfov Ayətullah Xameneinin
bəyanatından sonra İrana təşəkkür edib. SalamNews ttp://www.salamnews.org/ xəbər verir ki, bunu İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi rəsmi twitter səhifəsində yazıb. İran səfiri bildirib ki, Ayətullah Xameneinin Qarabağla bağlı bu günkü bəyanatından sonra Azərbaycan XİN rəhbərinin müavini Xələf Xələfov ona zəng edərək, münaqişə ilə bağlı ədalətli mövqeyin sərgilənməsinə görə İran rəhbərliyinə təşəkkür edib.
Qarabağ döyüşlərinin ilk günlərində İran da öz narahatlığını ifadə edirdi. Hətta İran tərəfinin təşəbbüsü ilə prezident Həsən Ruhani ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı da olmuşdu.
Seyid Abbas Əraqçı
İran İslam Respublikası Prezidentinin xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü zamanı Tehranın mövqeyini açıq ifadə etmişdi. Sitat:
“Siz də yaxşı bilirsiniz ki, İran İslam Respublikası elə ilk günlərdən Azərbaycan ərazilərinin işğal olunmasına müxalif olub və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Mən özümə borc bilirəm, son günlərdə Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi qələbələr, işğal olunmuş ərazilərin bir hissəsinin azad edilməsi münasibətilə Sizi təbrik etmək istəyirəm. Bu yolda öz canını fəda edən bütün şəhidlər qarşısında baş əyirəm. Cənab doktor Həsən Ruhaninin isti salamlarını Sizə çatdırıram. Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İranın dövlət başçısına çatdırmağı xahiş etdi”.
Azərbaycan Prezidenti isə məmnunluq hissi ilə demişdi ki, Azərbaycan-İran dövlət sərhədi tam bərpa edilib:
“Bu münasibətlə mən Azərbaycan və İran xalqlarını təbrik etmişəm. Göstəriş vermişəm ki, bizim sərhəd xidmətimiz tezliklə bu sərhədin bütün mühafizə infrastrukturunu yaratsın. Bu işlərə start verildi. İran-Azərbaycan sərhədinin digər istiqamətlərindəki kimi, bu istiqamət də dostluq, qardaşlıq sərhədi olacaqdır”.
Prezident İranın xoş məramına yüksək səviyyədə qarşılıq vermişdi. Heç şübhəsiz ki, Tehranın Qarabağla bağlı obyektiv mövqe tutmasında Azərbaycan Prezidentinin yüksək diplomatik bacarığı və balanslı siyasəti öz sözünü deyib. Ermənistan bu günlərdə Bakı ilə Tehranı üz-üzə qoymaqdan ötrü çox çalışdı. Hətta Ermənistan ordusunun atdığı mərmilər İran ərazisinə düşdüyü vaxt İrəvan iddia etdi ki, guya atəş açan Azərbaycandır. Hansı ki, Azərbaycan ordusu Arazboyu 132 km-lik İran sərhədini azad edib və belə olduğu halda Arazın o tayına atılan mərmilər yalnız və yalnız erməni ordusuna məxsus ola bilər. Ancaq bunlar keçmişdə qalıb və artıq Bakı-Tehran əlaqələrinin növbəti mərhələsini müşahidə etməkdəyik.
Qonşumuz İran da məscidləri donuz fermasına çevirən Ermənistanın cəzalandırılmasına sanksiyasını verib.
Politoloq Qabil Hüseynli
Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, İranın mövqeyi kifayət qədər qənaətbəxş və haqqın, obyektivliyin tərəfində olan mövqedir:
“Bu mövqe il əvvəl İran səfiri, sonra xarici işlər nazirinin Bakıya gələn müavini Əraqçi çıxış edirdisə, indi ölkənin milliyyətcə azəraycanlı olan Ali Lideri ayətulla Seyid Əli Xamenei də bu bəyanatla çıxış etdi, İran prezidenti Həsən Ruhani də eyni bəyanatı verdi. Onlar Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını və bunu dəfələrlə bəyan etdiklərini bildirdilər. Həmçinin bütün erməni qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasını tələb etdilər. Bu, çox müsbət haldır. Ermənilər bunu görməlidirlər ki, regionun böyük dövlətləri Türkiyə, İran, bu tərəfdən sözsüz ki, Qazaxıstan - düzdür, Türkmənistan səsini çıxartmır, amma hüsn-rəğbəti bizim tərəfimizdədir - bütün müsəlman dünyası Azərbaycanın mövqeyini müdafiə edir, bəziləri səsini çıxartmasa da. Bir də ki, beynəlxalq hüquq, BMT-nin qətnamələri bizim tərəfimizdədir axı. Ermənilər bizim ərazimizə soxulub. Zəif olduğumuz vaxtda, başımızın daxili problemlərə qarışdığı zamanda himayədarlarının köməkliyi ilə ərazilərimizin böyük bir hissəsini işğal etmişdilər. Həmin torpaqlardan 1 milyondan çox insanı didərgin salmışdılar. İndi rəşadətli, müzəffər Azərbaycan ordusu torpaqlarımızın demək olar ki, böyük hissəsini azad edib, həlledici mərhələyə adlamışıq və bu mərhələni də sona çatdıracağıq. İranın mövqeyinin bizim üçün əhəmiyyətli olduğunu xüsusilə qeyd etməliyik. Çünki İran Türkiyə ilə birlikdə bölgənin ən böyük dövlətlərindən biridir. İran beynəlxalq proseslərə təsir gücü olan dövlətdir. Həm də Tehran danışıqlar prosesində iştirak etmək, tərəf olmaq istəyir. Bu ölkənin rəhbərliyinin verdiyi bəyanat, Azərbaycan torpaqlarının erməni əsgərlərindən təmizlənməsi ilə bağlı dövlət rəhbərliyindən gələn mövqe bizi çox fərəhləndirir. Şəxsən mən Seyid Əli Xamenei cənablarına da, Həsən Ruhani cənablarına da, həmçinin digər şəxslərə, Azərbaycanı müdafiə edən, onun ərazi bütövlüyünə dəstək verən, ermənilərə sözün həqiqi mənasında tərs şillə vuran bütün müsəlman qardaşlarımıza, din qardaşlarımıza, İranda olan azərbaycanlı qardaşlarımıza öz minnətdarlığımı bildirirəm. Əmin etmək istəyirəm ki, onların etdiyi hərəkətlər Azərbaycan xalqının yadından çıxmayacaq və Azərbaycan-İran münasibətləri bundan sonra daha da inkişaf edəcək, biz regionda bütün məsələlərdə ortaq mövqelərdən çıxış edəcəyik”.
Ali Liderin bəyanatında terrorçularla bağlı səsləndirdiyi fikirlərə gəldikdə, Q.Hüseynli bildirdi ki, cənab Xamenei Ermənistanı nəzərdə tutaraq bu sözü deyib:
“Çünki bizim muzdlu döyüşçülərə, terrorçu qüvvələrə nə ehtiyacımız var? Bizim nizami ordumuz, müasir silahlarımız, döyüş texnikamız var. Ermənistan bütün dünya ermənilərinə müraciət edib. Yaxın Şərqdən ərəb döyüşçüləri gətiriblər. Özü də Ermənistan vətəndaşı olmayan hər kəs muzdlu döyüşçü, terrorçu hesab olunur. Ona görə də lap Fransadan oğlu ilə birlikdə gəlib döyüşlərə qatılan erməni də Ermənistan vətəndaşı olmadığı üçün bizimçün terrorçu və muzdlu döyüşçüdür. 1500 PKK-çı gəlib. Suriya ərazisindən YPG qruplaşmasına daxil olan terrorçular da Qarabağda, Ermənistan tərəfində döyüşür”.
Politoloq təkcə Türkiyə və Azərbaycanı deyil, İran dövlətini də təhdid edən terror qruplaşmalarının Qarabağda Azərbaycana qarşı döyüşdüklərini vurğuladı. Qeyd etdi ki, İran, Türkiyə və Azərbaycanın terrorizmə qarşı mübarizədə mövqeləri də tam üst-üstə düşür:
“Çünki Ermənistan tərəfdə döyüşənlərin böyük bir hissəsi Türkiyə və İrana zərər verən kürd terrorçularıdır. Onlar İranı da, Türkiyəni də bölməyə çalışırlar. İndi bu ərazilərdə onlar gəlib Azərbaycana qarşı vuruşmaqla həm Türkiyəyə, həm də İrana qarşı vuruşurlar. O terrorçuların sırasında zəif də olsa, ermənilərdən ibarət ASALA üzvləri də var. Struktur olaraq onlar sıradan çıxıblar. Amma PKK-çı və YPG-çilər, o cümlədən İran ərazisindəki PEJAK-çılar kifayət qədər güclüdürlər, ayaq üstədirlər. Həm də partizan döyüşünə öyrəşmiş terrorçulardırlar. Onlar öz ölkələrində dərdlərini çəkmirlər, gəlib Azərbaycana qarşı vurşurlar”.
Q.Hüseynli qeyd etdi ki, Türkiyə, Gürcüstan və Rusiyanın ardınca İranın da birmənalı şəkildə torpaqların azad olunmasını tələb etməsi ilə Ermənistan bölgədə təkləndiyini nümayiş etdirdi:
“Ermənistanın xüsusilə region dövlətləri arasında təklənməsi onunçün öldürücüdür. Ona görə də özünü yığışdırmalı və bilməlidir ki, bölgədə ona-buna sataşmaqla baş girləmək olmaz”. Politoloq qeyd etdi ki, Ermənistan üçün yeganə “nəfəslik” olan İran da Qarabağla bağlı nöqtəni qoydu və “Qarabağ Azərbaycandır” dedi.
Ermənistanın çevrəsi tam daraldığı kimi, ona verilən vaxt da bitir. Odur ki, seçimini etməlidir: ya işğala və terrora son qoyub, törətdiyi cinayətlərə görə üzr istəyib, qonşuları ilə normal məcrada yaşamağa qərar verməlidir, ya da boğulmaqda davam edəcək. Levon Ter-Petrosyanın “nəfəslik” adlandırdığı İran da sözünü dedi...
Oxşar Xəbərlər
Xamenei İranın düşmənlərini hədələdi:"Bir raketə 10 raketlə cavab verəcəyik"
“Hər bir dövlətin vəzifəsi Azərbaycanın mübarizəsinə dəstək olmaqdır”
TEHRANIN QARABAĞ SİYASƏTİ DƏYİŞİRMİ? –Bakının İrandan daha böyük gözləntiləri var... TƏHLİL
“Azərbaycanın ərazisində Ermənistanın işğalçı ordusunun heç bir üzvü qalmamalıdır” – AVROPADAKI ÇEÇENLƏRDƏN AZƏRBAYCANA DƏSTƏK! / Prezidentə müraciət
Xəbər lenti
Oğlunun toyunda başına daş düşən kişi öldü
TƏBİB-ə yeni müşavir təyin edildi
Hər gün yaz göyərtisi yeyin
Zelenski ilə Ərdoğan İstanbulda görüşdü
Rusiya ordusu bazarı BOMBALADI: Ölənlər və yaralılar var -
FOTO
3 BÜRC tezliklə çox varlanacaq
Əli Əsədov MÜHÜM müşavirə keçirdi:
tapşırıqlar verdi
Xamenei Rusiyaya gedib?
Sumqayıtda kişi bıçaqlanıb, qardaşı şübhəli bilinir
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Kommunal borcu olanlarınNƏZƏRİNƏ
“Qardaşım Pezeşkianın təşəkkürünü xalqımız yüksək qiymətləndirir”
Google sizin danışıqlarınızı dinləyə bilər:
bunu necə söndürmək olar?
Kartınızı bankomata taxmazdan əvvəl bunu edin
Mətbəxdə paxlalıların içinə mütləq bundan qoyun!
Xarab olmasının qarşısını alan ən sadə üsul
Prezidentin tapşırığı: İrana humanitar yardım yola salınır -
FOTOLAR
Hava şəraiti ilə bağlı sürücülərə
SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Pezeşkian:
Qardaşım İlham Əliyevlə söhbətdə Azərbaycana təşəkkürümü bildirdim”
ABŞ-nin ikinci təyyarəsi də qəzaya uğradı
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Putin Ərdoğanla danışdı
Dəm qazından zəhərlənən 6 bacı-qardaşın vəziyyəti açıqlandı
DTX rəisindən MÜHÜM AÇIQLAMALAR
Bu şəxslərə aylıq gəlirdə 400 manatlıq güzəşt tətbiq EDİLƏCƏK
Prezident onları TƏLTİF ETDİ -
SİYAHI
Əli Əsədov qərar imzaladı -
Bu yol ödənişli olacaq
Taksi sürücülərinin NƏZƏRİNƏ
İranda rekord səfərbərlik:
7 milyon nəfər müharibəyə könüllü yazıldı
Limonlu çay içənlər niyə daha uzun ömür sürür?
Trampdan İrana çağırış:
Nə qədər ki, gec deyil...
Fuad Nağıyev ötən il təyin etdiyi rəisi işdən çıxardı
FOTO
Azərbaycanın “Avroviziya”dakı çıxış nömrəsi açıqlandı
Sürücülərin nəzərinə!
Araqçi Trampa cavab verdi
Mərkəzi Bank mühüm qərar verdi
Prezident İrana göndəriləcək növbəti humanitar yardımdan danışdı
Pezeşkian İlham Əliyevə zəng etdi
Aprelin ilk ongünlüyündə hava NECƏ OLACAQ?
Müəllimin geyimi müzakirə mövzusu oldu
Mədəniyyət Nazirliyinin bu şöbəsi LƏĞV EDİLDİ
Maaş və pensiyalar artırıla BİLƏR
Leysan olacaq, dolu düşəcək -
XƏBƏRDARLIQ
İlham Əliyev Qırğızıstana səfər edəcək
Bakıda gecə saatlarında baş vermiş bu hadisəyə görə qurumlar hərəkətə keçdi -
FOTOLAR
ŞOK!
Bir milyard manat yeyinti olub
Cəlilabadda DƏHŞƏT:
85 yaşlı kişi yanaraq ÖLDÜ
Avro və rubl görün neçəyə oldu -
YENİ MƏZƏNNƏ
Müdafiə Nazirliyi Aprel döyüşlərinin 10 illiyi əlaqədar MƏLUMAT YAYDI
Həsən Ruhanidən müharibə ilə bağlı ÇAĞIRIŞ
Dubay hava limanında PARTLAYIŞ:
PUA ilə vuruldu
PRİZMA
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
MÜSAHİBƏ
1
2
3
4
5
6
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
Himnimizin müəllifi kimdir?
-MÜSAHİBƏ
TƏHLİL
“1918-dən 2020-yə: bir xalqın mübarizə yolu” Elşad Mirbəşirin anonsunda
SOSİAL
1
2
3
4
5
6
Hər gün yaz göyərtisi yeyin
3 BÜRC tezliklə çox varlanacaq
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Kommunal borcu olanlarınNƏZƏRİNƏ
Google sizin danışıqlarınızı dinləyə bilər:
bunu necə söndürmək olar?
Mətbəxdə paxlalıların içinə mütləq bundan qoyun!
Xarab olmasının qarşısını alan ən sadə üsul