Prezident İlham Əliyevin Hacıqabul rayonunda çıxışı

Hörmətli Prezidentimiz İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda  yenidən qurulacaq Şirvan suvarma kanalının  təməlini qoyub və orada çıxış etdi.  Mən bir neçə gün bundan əvvəl Şirvan suvarma kalalının yenidən qurulması haqqında sərəncam imzalamışam , bu gün isə kanalın təməli  qoyulur. Bu əlamətdar bir hadisədir.  Son illər ərzində Azərbaycanda  həyata keçirilən  ən böyük layihələrdən biridir. Bu layihənin xüsusi əhəmiyyəti vardır. Uzun müddət fəaliyyət göstərən  bu kanal sıradan  çıxdığına görə, yenidən qurulmasına böyük ehtiyac var. Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilmişdir, və bu gün bu kanalı  Şirvan kanalı adlandırılır. Bu kanal inşa ediləndən sonra minlərlə insan bu layihədən  faydalanacaq. Bu kanal 120 km olacaq uzunluğu təxminən iki dəfə artırılacaq və 200 kilometrdən çox olacaq. Bu kanalın baş tutmasından sonra 230 min hektar əkin sahələri suvarılacaq. Əvəllər bu kanal 8 rayonu əhatə  edirdisə, indi 10 rayonu əhatə edəcək və son nöqtəsi Hacıqabul gölü olacaq  və bununda təbiətə çox müsbət təsiri olacaq. Azərbaycanda həyata keçiriləcən layihələrin əsas məqsədi ölkəmizin surətli inkişafını təmin edəcək insanların rifah halını yaxşılaşdıracaq, həm də məşğulluğu üçün şərait yaradacaq. Şirvan kanatlının əhəmiyyəti çox böyükdür. Bu layihə ilə əkin sahələrinə və inlara çox böyük töhvə vermiş olacağıq. Prezident çıxışında vurğuladı ki, Qarabağ kanalının inşası ilə əlaqədar sərəncam imzalamışam. Biz Qarabağ kanalının inşasına gələn il başlamalıyıq. Bu da 115 min hektar əkin sahəsini əhatə edəcək kanaldır. Qarabağ kanalı isə 9 rayonu əhatə edəcək. Yəni 10 rayon Şirvan kanalı vəsitəsilə, 9 rayon isə Qarabağ kanalı ilə suvarılacaq əkin sahələri olacaq. Bu da ölkəmizin gələcək inkişafına böyük təsir göstərəcək. Vətəndaşlarımızın rifah halınlı yaxşılaşdıracaq. Xalqımız su ehtiyatlarından səmərəli istifadə etməlidir. İqlim dəyişikliyi ilə bağlı dünya da böyük narahatlıq var, o cümlədən Azərbaycanda da Xəzər dənizinin dayazlaşması göz önündədir. Bunu hər kəs görə bilir. Belə olan halda su ehtiyatlarında səmərəli şəkildə istifadə etmək bizim vəzifəmizdir və borcümüzdur. Artıq geniş miqyaslı proqram işlənilib, hazırlanıb. Şirvan və Qarabağ kanallarıTaxta  körpü kanalı ilə birlikdə ən böyük suvarma kanalları olduğu üçün bu layihələrə xüsusi əhəmiyyət verilir. Əgər biz işğaldan azad olunmuş ərazilərdə ki layihələri də əlavə etsək nmənzərə daha ürək açan olacaq. Qarabağ və Şərqi Zəngəzurda mövcut olan bu resusları bizim ümumi resuslarımızın 25 faizini təşkil edir. Qarabağ və Şərqi Zəngəzurun su resusları Daxili mənbələr olduğu üçün bunun xüsusi əhəmiyyəti var. Kür, Araz və Samur Çayları xaricdən gəlir. Biz qısa müddət ərzində böyük işlər görməliyik və gələcək işlərimizi düzgün qurmalıyıq. Bütün bu işlərin görülməsi üçün böyük vəsait lazımdır. Azərbaycan böyük dövlətdir. Biz Qarabağda və Şərqi Zəngəzurda çox böyük işlər  görürük ki, bunun dünyada misli bərabəri yoxdur. Sonra demişdir ki, bir layihəni də qeyd etməliyəmş BU layihə üzərində iş aparılır. Buda Xəzər dənizinin suyunun duzlaşdırılması layihəsidir. Dünyanın bir çox ölkələri bu layihələr üzrə təcrübəyə malikdirlər və bizim də Xəzər dənizi kimi böyük su hövzəmiz var. Biz bu imkanlardan istifadə edəcəyik. Bunun da gələcəkdə çox böyük müsbət nəticələri olacaq, mən əminəm ki bu layihələr tezliklə, həyata keçiriləcək və 3 ildən sonra yəni 2027-ci ildə Şirvan kanalının açılışı olacaq.

Müəllim  olaraq prezidentimizin bu layihələrin həyata keçirilməsinə inanıram və prezidentimizin bu layihəsini bəyənirəm.

Aşıq Mehdiyev 

Suraxanı  rayonu, 232 nömrəli tam orta məktəbin tarix müəllimi
Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti