Şirvan kanalı bərəkət rəmzidir

Türkün “ şəxsiyyət vəsiqəsi “ hesab edilən Dədə Qorqud dastanında Dədəm Qorqudun Oğuz elinə belə bir öyüd-nəsihəti var:Torpağı əkib becərməyəcəksənsə, onu qorumağa dəyməz. 2020-ci ildə baş verən Zəfər müharibəsində əldə edilən qələbədən sonra Azərbaycan dövləti və onun başçısı prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi layihələr Dədə Qorqud kəlamının bütün dünyaya əməli işlərlə nümayişidir. Qələbədən dərhal sonra bir əli ilə mina təmizləyən Azərbaycan, digər əli ilə viranə qoyulmuş şəhər və kəndlərin tikintisini həyata keçirməyə başladı. Nəticədə şox qısa müddətdə xaraba qalmış ərazilərə köç başladı, Qarabağda həyat canlandı. Həyata keçirilən infrastruktur layihələri təkcə Qarabağ və Şərqi Zəngəzuru əhatə etmir, ölkənin bütün bölgələrində paralel şəkildə icra olunur. Son illərdə həyata keçirilən layihələr əsasən elektrik enerjisi, avtomobil yolları və dəmir yollarının tikintisinə, içməli su həmçinin suvarma sisteminin çəkilməsi ilə bağlı sahələri əhatə edir. Bütün bu tədbirləri həyata keçirməklə dövlətin, onun başçısının məqsədi ölkə vətəndaşının rifah halının yaxşılaşdırılması, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün münbit şəraitin yaradılmasıdır.
Bu tədbirlərin davamı olaraq cənab Prezident İlham Əliyev aprelin 16-da Şirvan suvarma kanalının təməlqoyma mərasimində iştirak etmişdir. Sovet dövründə ölkənin suvarma sistemində mühüm yer tutan Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilmişdir. Uzun illərdir fəaliyyət göstərən kanal torpaq məcralıdır və illər keçdikcə kanalın böyük hissəsi sıradan çıxmışdır. İtkilərə və su sızmasına görə ətraf ərazilərdəki torpaq sahələri şoranlaşmış, əkin üçün yararsız vəziyyətə düşmüşdür. Ölkə başçısının göstərişi ilə faktiki olaraq yenidən inşa ediləcək bu kanalın uzunluğu 120 kilometrdən 200 kilometrdən də çox artırılacaq. Əvvəlki dövrlərdə 8 rayonun ərazisindən keçən kanal inşa edildikdən sonra 10 rayonun ərazisindən axacaq. Kanal ümumilikdə 230 min hektar əkin sahəsini əhatə edəcək ki, bunun da böyük hissəsi yeni suvarılacaq əkin sahələridir. Nəticədə on minlərlə insan bu layihədən yararlanacaq, əkin sahələri iki dəfədən çox artırılacaq, ölkənin ərzaq təminatında irəliləyiş əldə olunacaq. Həmçinin 10 ildən artıqdır tamamilə quruyan Hacıqabul gölü Şirvan kanalının istifadəyə verilməsi ilə yenidən dolacaq, ekoloji baxımdan təbiətə çox müsbət təsir göctərəcək. Davamlı inkişafın təmin olunması üçün həyata keçirilən bu tip layihələr içərisində Şirvan kanalı suyun həcminə və əkin sahələrinin əhatəsinə görə son illərdə həyata keçirilən ən böyük layihə olacaq. Layihədən gözlənti qeyri neft sektorunun inkişafı, məşğulluğun artırılması, vətəndaşların rifah halının daha da yaxşılaşdırılması və su ehtiyatlarından səmərəli şəkildə istifadə edilməsidir.  Yenidən tikiləcək Şirvan kanalının əhəmiyyətini xalqın dili ilə ifadə etsək, prezident İlham Əliyev bu layihənin tətbiqi ilə Vətən torpağına bərəkət, ölkə vətəndaşına su kimi aydın gələcək bəxş edir.

Sevinc Hacızadə

Suraxanı rayonu, 79 nömrəli tam orta məktəbin direktoru

Sozcu.ınfo



Oxşar Xəbərlər

Xəbər lenti