8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
İranın Rusiyaya ballistik raketlər təhvil verməsi G7 ölkələrinin sürətli və koordinasiyalı cavabına səbəb olacaq.
Sozcu.info xəbər verir ki, bu barədə G7 ölkələrinin xarici işlər nazirlərinin birgə bəyanatında qeyd olunub.
“İranı Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına dəstəyi dayandırmağa çağırırıq. Tehranın ballistik raket və ya əlaqəli texnologiyaları Rusiyaya ötürmək üçün istənilən addımı İrana qarşı yeni, sərt tədbirlərin görülməsini əhatə edən sürətli və koordinasiyalı reaksiyamıza səbəb olacaq”, - bəyanatda bildirilib./axar.az/